Icma.az
close
up
RU
Azərbaycanda bu xidmət bahalaşdı YENİ QİYMƏT

Azərbaycanda bu xidmət bahalaşdı YENİ QİYMƏT

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda, xüsusilə iri ticarət mərkəzlərində parklanma xidmətlərinin qiymətinin artırılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşların sözlərinə görə, əvvəllər bir saatlıq parkinq üçün 3 manat ödənildiyi bəzi məntəqələrdə indi bu məbləğ 4 manata yüksəlib.

Qiymət artımının səbəbi nədir?

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Globalinfo"ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, “AzParkinq”in idarə etdiyi parklanma zonalarında qiymətlərdə hər hansı dəyişiklik yoxdur:

“Bu qiymətləri dövlət tənzimləyir. Lakin son zamanlar özəl ticarət mərkəzlərinin parkinq qiymətlərində artım müşahidə olunur. Həmin müəssisələr özəl statusa malik olduqları üçün qiymət siyasətini özləri müəyyənləşdirirlər. Lakin bu yanaşma doğru deyil. Parklanma dövlətin nəqliyyat siyasətinin bir hissəsidir və burada vahid yanaşma, tənzimləmə olmalıdır. Qiymətlər insanların maddi imkanlarına uyğun müəyyənləşdirilməlidir”.

Elməddin Muradlı

Ekspert bildirib ki, hazırda ictimai nəqliyyatdan istifadə qənaətbəxş səviyyədə olmadığına görə şəxsi avtomobil idarə edənlərin sayı kifayət qədərdir:

“İnsanlar alış-veriş və ya istirahət məqsədilə ticarət mərkəzlərinə gedirlər və bu zaman şəxsi avtomobildən istifadə etməlidirlər. Bu baxımdan vətəndaşlardan yüksək məbləğdə parkinq haqqı tələb edilməsi doğru deyil. Dövlət qurumları buna ciddi müdaxilə etməlidir. Problem qanunvericilik səviyyəsində öz həllini tapmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 İyun 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri