Nadir dəri xəstəliyinin üç növ xərçəng riskini artıra biləcəyi müəyyən EDİLDİ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Nadir dəri xəstəliyi olan ocaqlı sklerodermadan (morfea) əziyyət çəkən insanlarda xərçəngə tutulma riskinin digər insanlarla müqayisədə daha yüksək olduğu müəyyən edilib.
Redaktor.az xəbər verir ki, bu qənaətə Kanadanın Makqill Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “JAMA Dermatology” jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 6181 morfea xəstəsinin və sistemli sklerodermadan əziyyət çəkən 8133 nəfərin tibbi məlumatları təhlil edilib. Məlumatlar 1996-2019-cu illəri əhatə edib, xəstələrin müşahidəsi isə 2020-ci ilədək davam edib.
Nəticələrə görə, tədqiqat müddətində ocaqlı skleroderması olan xəstələrin 12,65 faizində, sistemli sklerodermadan əziyyət çəkənlərin isə 13,57 faizində xərçəng aşkarlanıb. Eyni zamanda, morfea xəstələrində xərçəngə rastgəlmə tezliyi eyni yaş və cins qrupundakı ümumi əhali ilə müqayisədə 24 faiz, sistemli skleroderması olanlarda isə 37 faiz yüksək olub.
Alimlər müəyyən ediblər ki, morfea xəstələrində daha çox süd vəzi xərçəngi və qadın reproduktiv sistemi şişlərinə rast gəlinir. Sistemli sklerodermadan əziyyət çəkənlərdə isə ən çox ağciyər xərçəngi qeydə alınıb. Risk artımı xüsusilə gənc xəstələr arasında nəzərə çarpıb.
Tədqiqat müəllifləri bildiriblər ki, ocaqlı skleroderma indiyədək əsasən dəri xəstəliyi kimi qiymətləndirildiyindən onun xərçənglə mümkün əlaqəsi kifayət qədər araşdırılmayıb. Bununla belə, əldə olunan nəticələr statistik əlaqəni göstərir və morfeanın birbaşa xərçəngə səbəb olduğunu sübut etmir.
Araşdırmada immunosupressiv preparatların istifadəsi hər iki xəstə qrupunda xərçəng hallarının daha az qeydə alınması ilə əlaqələndirilib. Lakin alimlər bu qanunauyğunluğun səbəblərinin hələlik aydın olmadığını vurğulayıblar.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Noyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















