Icma.az
close
up
RU
Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycana 1 milyon 292 min ton miqdarında buğda idxal edilib, buğda üzrə özünütəminetmə səviyyəsi 56,1% olmaqla 2023-cü ilə nisbətən 4,3% bəndi az olub.
Dövlət büdcəsindən 2014-2024-cü illər ərzində Kənd Təsərrüfatı Nazirliyinə ümumilikdə 21 milyon 493,4 min manat məbləğində vəsaitlərin ayrılmasına və 2025-ci ilin dövlət büdcəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) təkmilləşdirilməsi üçün 1,5 milyon manat məbləğində vəsait nəzərdə tutulmasına baxmayaraq EKTİS tam formalaşdırılmayıb.
 

Bundan əlavə təqdim olunmuş EKTİS bazasında nəticəliliyin qiymətləndirilməsi üçün vacib olan faktiki məhsuldarlıq göstəriciləri mövcud olmayıb, müvafiq dövlət qurumlarının informasiya bazası ilə inteqrasiyası və ya zəruri məlumatların əldə olunması tam təmin edilməyib və EKTİS-in təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilməyib.

2026-cı il üçün sertifikatlaşdırılmış dənli bitkilər, texniki bitkilər və kartof toxumlarının istehsalı müvafiq olaraq 100 min ton, 2 555 ton və cəmi 98 ton səviyyəsində proqnozlaşdırılıb. Bu həcmlər mövcud tələbatla müqayisədə xeyli azdır.
Dövlət Toxum Fondu vasitəsilə satılan toxumların həcminin 180 tondan 100 tona enəcəyi gözlənilir. Bu isə növbəti ildə də həmin bitkilər üzrə əkinlərin əsasən idxal toxumları və ya fermerlərin tədarük etdiyi toxumlar hesabına həyata keçiriləcəyini göstərir.
Taxılçılığa marağın azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanda taxılçılıqda əsas problemlərdən biri dövlət tərəfindən subsidiyalar verilməsinə baxmayaraq istehsalın və məhsuldarlığın gözlənilən səviyyədə artmamasıdır:
“Son illərdə ölkənin buğda ilə özünü təmin etmə səviyyəsi azalıb və idxaldan asılılıq davam edir. Bu isə göstərir ki, mövcud dəstək mexanizmləri sahədəki əsas problemləri tam həll etmir.
 

Problemlərdən biri kənd təsərrüfatında idarəetmə və məlumat sistemlərinin tam formalaşmamasıdır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin imkanları tam istifadə olunmadığı üçün sahə üzrə dəqiq məlumatların toplanması və düzgün planlaşdırma aparılması çətinləşir. Bu isə subsidiya və digər dəstək tədbirlərinin effektivliyini azaldır.


Digər ciddi problem toxum təminatıdır. Sertifikatlaşdırılmış toxum istehsalı ölkədə mövcud tələbatdan azdır və keyfiyyətli toxumdan istifadə səviyyəsi aşağıdır. Bu da məhsuldarlığın artmasına mane olur və fermerlərin əldə etdiyi məhsulun həcmini məhdudlaşdırır”.
Məhsuldarlığın aşağı olması da taxılçılığın əsas problemlərindən sayılır...
Müsahibimiz təəssüflə qeyd edib ki, bir çox ərazilərdə müasir aqrotexnologiyalar, düzgün gübrələmə və torpaqdan səmərəli istifadə tam tətbiq olunmur:
“Nəticədə bir hektardan əldə edilən məhsul inkişaf etmiş kənd təsərrüfatına malik ölkələrlə müqayisədə daha aşağı olur.
 

Taxılçılıqda mühüm problemlərdən biri də su ehtiyatlarının səmərəli idarə olunmamasıdır. Suvarma sistemləri bir çox hallarda köhnə və qeyri-effektivdir. Mövcud su anbarlarının bir hissəsi uzun illərdir təmizlənmədiyi üçün lil ilə dolub və onların real su tutumu azalıb. Bu isə xüsusilə quraqlıq dövrlərində su qıtlığını daha da artırır. Su ehtiyatlarının düzgün idarə olunmaması nəticəsində bəzi bölgələrdə kənd təsərrüfatı üçün kifayət qədər su təminatı olmur.


Bu problemi azaltmaq üçün mövcud su anbarlarının təmizlənməsi, bərpası və suvarma infrastrukturunun yenilənməsi vacibdir.
Eyni zamanda su ehtiyatlarının daha səmərəli idarə olunması üçün yeni su anbarlarının tikilməsi və müasir su idarəetmə sistemlərinin tətbiqi zəruridir. Hazırkı vəziyyətdə isə su ehtiyatlarının idarə olunması kifayət qədər effektiv deyil və bu da kənd təsərrüfatı istehsalına, xüsusilə taxılçılığa mənfi təsir göstərir”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Mart 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri