Icma.az
close
up
RU
Azərbaycanda bunun olmasını hər kəs arzu edər, lakin... Deputat

Azərbaycanda bunun olmasını hər kəs arzu edər, lakin... Deputat

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu gün bəzi dairələrin Azərbaycanda minimum əməkhaqqını, pensiyaları, sosial ödənişləri digər dövlətlərlə uğursuz şəkildə müqayisə etmək cəhdlərinə şahidlik edirik və sosial mediada ibtidai təfəkkürlə müstəqilliyi, suverenliyi bir qarın yeməyə dəyişməyi təlqin edən ucuz mühit bəzən insanları bu populizmin qurbanlarına çevirir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iyunun 5-də keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanda hər kəs, o cümlədən də istənilən vicdanlı dövlət rəsmisi arzu edər ki, pensiyalar da, sosial ödənişlər də, minimum əmək haqları da bütün ölkələrdən yüksək olsun:

“Amma gəlin baxaq görək, o adı çəkilən ölkələrin hansı Azərbaycanın qarşılaşdığı qlobal ədalətsizliklərlə üz-üzə qalıb? Hansı ölkə işğal və təcavüzə məruz qala-qala, ərazisində separatizm ocağının mövcudluğu şəraitində həm inkişaf edə, həm də qalib gələ bilib? Ona görə də tam səmimiyyətlə deməliyik, heç bir əmsal Azərbaycanın unikal müsbət nümunəsi ilə müqayisə oluna bilməz və olunmamalıdır da.

Bilirsiniz, özündən zəif dövlətlər və okeanlarla əhatələnib Amerika olmağa, yaxud Avropanın mərkəzində heç bir təhdidlə üzləşmədən İsveçrə olmağa nə var ki?

SSRİ dağılan məqamda digər keçmiş ittifaq subyektləri 1991-ci ildən inkişafa fokuslandığı halda, dünən Bakı Enerji Həftəsi çərçivəsində rəsmi açılış mərasimində möhtərəm Prezidentin ifadə etdiyi kimi, bizdə müstəqillik uğrunda yol regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən “Əsrin müqaviləsi” imzalandığı tarixi məqamdan başladı. Xalqın iradəsi ilə cənab İlham Əliyevin prezident seçilməsi və Ulu Öndər siyasətinin davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təntənəsi oldu, ardıcıl və sistemli fəaliyyət nəticəsində milli iqtisadiyyat quruldu, iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı möhkəmləndi, şaxələnməsi dərinləşdi, iqtisadi artım davamlı və inklüziv xarakter aldı, əhalinin rifah səviyyəsi yüksəldi, gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşdı. Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində də qürurla ifadə etdiyi kimi, bu gün “bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir”. Budur reallıq.

Ona görə də 1991-1993-cü illərdə xəzinəni talayıb insanları isə çörək növbələrinə məhkum edənlər bu gün hökumətə yol göstərməyə çalışmasın.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri