Icma.az
close
up
RU
Azərbaycanda dabaq xəstəliyi sürətlə yayılır HEYVANDARLIQLA MƏŞĞUL OLAN ŞƏXSLƏR NARAZIDIR...

Azərbaycanda dabaq xəstəliyi sürətlə yayılır HEYVANDARLIQLA MƏŞĞUL OLAN ŞƏXSLƏR NARAZIDIR...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasında Xüsusi təhlükəli infeksiyon xəstəlik olan dabaq xəstəliyi geniş yayılıb, heyvanlar kütləvi halda qırılır. Ümumiyyətlə, respublikada mövcüd olan bütün kənd təsərrüfatı heyvanlarının həyatları təhlükə qarşısındadır. Səbəbi odur ki, ölkəmizdə bütün kənd təsərrüfatı heyvanlarının talehini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xaidmətlər Agentliyində Baytarlıqdan heç bir anlayışı olmayan, tamamilə başqa ixtisas sahibi olan Elməddin Namazov adlı təcrübəsiz bir gəncə tapşırıblar.

Bu haqda heyvandarlıqla məşğul olan bir qrup fermer tərəfindən “Hürriyyət”ə daxil olan məktubda bildirilir. Onlar qeyd edirlər ki, əvvəl bu idarədə işləyən Eldar Həsənov kifayət qədər bacarıqlı baytar həkimi idi: “O, çox savadlı olduğu və  yaxşı işlədiyi üçün bütün peyvəndləmə işləri aparılırdı. Respublikamızda heç bir infeksiyon xəstəlik yayılmırdı. Rayon baytarlıq idarələrində heç bir səhvi olmayan yaxşı işləyənləri bahanə ilə işdən uzaqlaşdırırlar və işi bilməyən 65 yaşda qocaları və savadsızları işə götürürlər ki, öz pis əməllərini yerinə yetirə bilsinlər. Onlar heyvanların və əhalinin talehini düşünmürlər, öz şəxsi maraqlarını düşünürlər. Bütün bunların nəticəsində Respublikamızda baytarlıq sahəsi tam çökmüşdür. Çoxsaylı heyvan ölümləri nəticəsində respublikamızda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalmışdır”.

Şikayətçilər deyir ki, hazırda rayon və kəndlərdə vəziyyət yaxşı deyil: “Elməddin Namazov Aqrar Xaidmətlər Agentliyinin baytarlıq üzrə sədr müavini işlədiyi üçün Resublikamızda bütün baytarlığa nəzarət etməlidir. O boyda böyük bir vəzifədə işləməsinə baxmayaraq, baytarlıqdan heç bir anlayışı və baytarlığa aid diplomu və stajı yoxdur. Axı, cənab Prezidentimiz deyir ki, işini bilən savadlı kadrlar işə götürülir. Elməddin Namazov işini bilməyən və bu sahədən heç bir anlayışı olmayan bir adamdır. Onu işə götürən cənab Prezidentin dediyinə və onun apardığı siyasətə qarşı çıxmırmı?! Yoxsa qanun elə aşağı təbəqəli, müharibəyə gedən adamlar üçündür. Elə görünür ki, yuxarıda işləyənlər özləri üçün qanundurlar.

Elməddin Namazovun  baytarlıqdan anlayışı olmadığı üçün baytarlıq sahəsində işi qura bilmir. Ölkədə baytarlıq bərbad vəziyyətdədir. Dövlət büdcəsindən heyvanlara beyvənd vurulması üçün milyonlarla manatlıq vəsaitin ayrılmasına baxmayaraq, Elməddin Namazovun işin qura bilməməsi ucbatından həmin pullar ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir və heyvanlara  xüsusi təhlükəli infeksiyon xəstəliklərə qarşı peyvənd vurulmur. Nəticədə heyvanlarda kütləvi ölüm halları baş vermişdir.

Aqrar Xaidmətlər Agentliyi bütün bunları hökümətdən gizlədir. Heyvanlara peyvəndlər vurulmadığı halda, yalandan bəhanə gətirirlər ki, güya peyvəndlər keyfiyyətsizdir. Əslində, peyvəndlər keyfiyyətlidir. Bəzi təsərrüfat sahibləri peyvəndləri özəl baytarlardan alaraq, özləri öz heyvanlarına vururlar. Əgər peyvənd saxtadırsa, bəs onda peyvənd vurulmuş heyvanlar niyə xəstəliyə yoluxmurlar?!

Hər bir heyvana peyvənd vurularkən dövlət büdcəsindən özəl baytarlara xidmət haqqı olaraq pul ödənilir. Bundan istifadə edərək, yerlərdə dövlət büdcəsindən saxtakarlıqla çox pul oğurlamaq üçün heyvanların sayı mövcüd olduğundan iki dəfə artıq yazılır. Məqsəd odur ki, büdcədən daha çox pul oğurlasınlar və saxta yolla asanlıqla varlansınlar. Beləliklə, dövlət büdcəsindən çoxlu pul oğurlanır. Oğurlanmış pulun isə Aqrar Xidmətlər Agentliyində kimə göndərildiyi məlum deyil”.

Şikayətçilər iddia edir ki, qeyd olunan faktlar Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə bəlli olsa da, nədənsə bütün bunlara göz yumulur: “Yuxarıda qeyd etdiklərimizin hamısını Aqrar Xidmətlər Agentliyində bilirlər. Bilərəkdən üstüörtülü saxlayaraq, heç nə olmamış kimi gizlədirlər. Hər kəs bilir ki, peyvəndlər heyvanlara vurulmur. Peyvənd flakonları ayaqyoluna boşaldılır. Əgər heyvanlardan qan alınarsa və qanın tərkibində peyvənldərin olub-olmaması yoxlanılarsa, hər şey asanlıqla təsdiqini tapacaq.

Bir sözlə, ölkədə baytarlıq sahəsində korrupsiya geniş yayılmışdır. Heyvan saxlanılan çoxlu inzibati ərazilərə ümumiyyətlə peyvənd vurmaq üçün baytar həkimi heç getmir. Rayon baytarlıq idarəsində həmin inzibati əraziyə aid saxta aktlar tərtib edilərək, orada mövcüd olan heyvanların sayı aktlarda iki dəfə artıq yazılır və güya həmin heyvanlara peyvəndlər vurulub. Vurulmamış peyvəndə görə özəl baytar həkimlərin adlarına yazılmış pullar baytarlıq idarələrində rəhbərliklə özəl baytar həkimləri arasında ikiyə bölünür.

Beləliklə, ölkədə heyvanlara faktiki olaraq peyvəndlər vurulmur, nəticədə də xəstəliklər sürətlə yayılır. Bu da kənd təsərrüfatı heyvanlarının qırılaraq azalmasına, respublikamızda ət və heyvani məhsullarının qiymətinin artmasına səbəb olur. Bununla da, 2-3 baş heyvan saxlaya bilməyən kəndçilər acından ölməmək üçün başına-dizinə döyə-döyə şəhərə axın etməyə məcbur qalırlar”.

Sonda fermerləe onu da bildirir ki, qeyd olunan faktlarla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xaidmətlər Agentliyinin onlarına məktubuna verdiyi cavabı da adekvat hesab etmirlər: “Dabaq tədbirini vaxtında aparmayan Aşağı Qaramanlı kənd İƏDÜN-in tapeliyində olan beş kənd üzrə karantin tətbiq edilməli olduğu halda, Siz sahəyə cavabdeh olmuş təhkimci səriştəsiz, laqeyid, təhsili və məktəbi bəlli olmayan özəl baytar Rüstəmov Bəhruz Alim oğluna haqq qazandırırsınız. Kəndli fermerlərə dəyən iqtisadi zərəri kim ödəməlidir? Ərazi vahidliyində heyvandarlıq məhsullarının ixracına qadağa qoyulmalıdır. ABŞ, Macarıstan, Xorvatiya, Bolqarıstan və s. ölkələr son vaxtlar baş vermiş xəstəliklərə görə ərazi vahidliklərində karantin rejimi tətbiq edirlər. Bu, həmin ölkələrdə insan kapitalının ən ucada olmasının göstəricisidir.

Sizlər isə özəl baytar Rüstəmov Bəhruzu “əvəzolunmaz şəxs” kimi qoruyursunuz. Əlimizdə 27 video var, sosial şəbəkələrdə yayılması an məsələsidir. Vətəndaşların müraciəti Sizlərə ötürülüb. Nəticə etibarı ilə cari ilin 21 avqustundan dabaq xəstəliyi yalnız qeyd etdiyimiz ərazi vahidliyində pandemiya halını almışdır. Görünən odur ki, proflaktikaya cavabdeh AXA sədri və baytarlığı kurasiya edən qeyri-peşəkar Elməddin Şəmsi oğlu Namazov istefa verməlidir. Çünki gələcəkdə digər xəstəliklərin də pandemiya halını alması gözləniləndir”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see241

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see210

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see170

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see131

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see129

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see129

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri