Icma.az
close
up
RU
Azərbaycanda daha bir qurumda 400 ə yaxın əməkdaş İŞDƏN ÇIXARILIB Səbəb nədir?

Azərbaycanda daha bir qurumda 400 ə yaxın əməkdaş İŞDƏN ÇIXARILIB Səbəb nədir?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv olunduğu üçün 400-ə yaxın əməkdaş işdən azad edilib.

Bu barədə Oxu.Az-a işdən azad olunan əməkdaşlardan biri məlumat verib.

O bildirib ki, analıq məzuniyyətində olan, həmçinin şəhid ailəsinin üzvü olan əməkdaşlar da qurumdan çıxarılandan sonra işlə təmin edilməyiblər:

"Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi 1978-ci ildə yaradılıb, 2022-ci ilə qədər öz axarında işini davam etdirirdi. İdarə daha sonra Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birləşdirildi. İdarənin adı da Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi oldu. Lakin idarə 2024-cü ilin avqust ayında ləğv edildi. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi onun tərkibindən ayrıldı, Hidrogeoloji-Meliorativ Xidmət isə tək qaldı.

Su Ehtiyatları Agentliyi yaradıldıqda onun nəzdində Su Meliorasiya qurumu və Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi fəaliyyət göstərirdi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi isə Su Meliorasiya qurumunun daxilində idi, çünki biz də yeraltı sulara nəzarət edirdik. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsi baş idarə olduqdan sonra 2024-cü ilin dekabrın 29-da Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edildi. O, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti İdarəsinin tabeliyinə verildi. Təhvil-təslim işləri görüldü. İşçilərin isə işinə xitam verildi.

İndi isə SEDAM MMC adlı yeni idarə yaradılıb".

"İşçilərin hamısı Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən işdən azad edilib. Sanki bina söküldü, hamı çöldə qaldı. 400-ə yaxın əməkdaş işdən azad edilib. Bizə öncədən gələn xəbərdarlıqdan iki gün sonra "idarənin ləğvi ilə işinizə xitam verildi" məzmunlu sənəd gəldi, hamıya da ona imza çəkdirilib. Əksəriyyətin məzuniyyət və kompensasiya pulu ödənilib. Lakin 40-a yaxın işçinin kompensasiya pulu ödənilməyib. Biz də belə güman edirik ki, kompensasiyası ödənilən işçilər yenidən işə çağırılmayacaqlar, ödənilməyənlər isə işə çağırılacaqlar. Bütün hər şey sənədləşmiş formada olduğu üçün heç kim də haqqını tələb edə bilmir. İdarəni niyə ləğv etmişik, bilmirik", - deyə işçi bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğusuna cavab olaraq bildirilib ki, işçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur:

"Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən, "Azərsu" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ və "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin strukturu və ştat cədvəli təsdiq edilib.

Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.

İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr ləğv edilib birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir".

Qanunvericiliyin tələblərinə əsasən, bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunurlar. İşçilərin bir qisminin agentliyin tabeliyindəki digər struktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur".

Xatırladaq ki, daha öncə Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaş (metodist), Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri