Icma.az
close
up
RU
Azərbaycanda icra başçısının sabiq birinci müavini döyülüb

Azərbaycanda icra başçısının sabiq birinci müavini döyülüb

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Samux Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tahir Qarayevə xəsarətlər yetirərək xuliqanlıq hərəkətlərinə yol verən şəxsin məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, hadisədə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samux rayonu Lək kənd sakini Fərhad Quliyev (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Məlum olub ki, münaqişə icra başçısının birinci müavininin təqsirləndirilən şəxsə nömrəsini verməməsindən sonra başlayıb. F.Quliyev yaşanan gərginlik zamanı İcra Hakimiyyətinə məxsus “HAVAL” markalı avtomobilin ön şüşəsini də sındıraraq Samux RİH-ə 350 manat ziyan vurub.

Hadisə zamanı Tahir Qarayev sol saidin əzilmiş yarası, bilək nahiyyəsinin hematoması xəsarətləri alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, yaşadığı Samux rayonu Lək kəndində yerləşən evində qaz problemi olduğundan o, Samux Rayon İcra Hakimiyyətinə müraciət edib. Belə ki, küçəyə qaz xətti çəkilsə də, onların evlərinə qaz çəkilməyib. Bundan başqada o, icra başçısından yaşadığı ev üçün qaz peçi istəyib. İcra hakimiyyətindən ona qaz peçi veriləcəyi ilə bağlı söz verilsə də, buna əməl olunmayıb.

Zərərçəkmiş T.Qarayev məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona yüngül cəza verilməsini istəyib. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edək ki, T.Qarayev ötən ilin dekabrında vəzifəsindən ayrılıb. Onun vəzifəsindən azad olunmasına səbəb kimi səhhətində yaranan problemlər göstərilib.

Onu da əlavə edək ki, Samuxun icra başçısı Firdovsi Əliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri