Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azərbaycanda damaq dadı qoyunçuluğu tənəzzülə APARIR

Azərbaycanda damaq dadı qoyunçuluğu tənəzzülə APARIR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda heyvandarlığın ən geniş yayılmış sahəsi qoyunçuluqdur. Kəndlərdə yaşayan əhalinin 80 faizdən çoxu bu və ya digər şəkildə qoyunçuluqla məşğul olur. Qoyunçuluğun dəyərli bir sahə olması onunla izah oluna bilər ki, qoyun əti, piyi və süd məhsulu qida üçün böyük əhəmiyyət kəsb edir. Qoyunlardan gön-dəri, xəz, kürk və s. məhsullar da əldə edilir. Beləliklə, istehsal olunan məhsulun növ müxtəlifliliyinə görə, kənd təsərrüfatı heyvanları içərisində qoyunlar birinci yeri tutur.

Bütün bunlara baxmayaraq, Azərbaycanda qoyunçuluq son illərdə tənəzzül dövrünü yaşayır. Belə ki, quzu ətindən kütləvi istifadə Azərbaycanda qoyunçuluğun zəifləməsinə səbəb olub. Quzu əti daha yüngül və dadlı qiymətləndirildiyi üçün istehlakçılar daha çox bu məhsulu seçirlər. Nəticədə, tələbin azalması qoyunçuluğun inkişafına mənfi təsir göstərərək bu sahədə məhsuldarlığın azalmasına səbəb olur.

Həyəcan təbili

Modern.az bildirir ki, bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qoyun ətindən istifadə ilə bağlı çağırışı heç də səbəbsiz deyil. Agentlik bildirir ki, Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir.

Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə ölkədə qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir. 

Agentlikdə hesab edirlər ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur. 

Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə  Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir. Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.

Şadlıq evləri və restoranlar quzu ətinin əsas alıcılarıdır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-2016-cı illərdə qoyunların sayı 5,6 milyon başdan 8 milyon başa qədər artıb. Lakin 2016-cı ildən başlayaraq davamlı olaraq sayın azalması müşahidə edilir və 2024-cü ildə bu göstərici 6,6 milyon başa düşüb. Başqa sözlə, son 9 ildə ölkədə qoyunların baş sayı 15 faizdən çox azalıb.

Heyvanların baş sayının azalması ilə paralel olaraq onların diri çəki göstəriciləri də aşağı düşüb. Əgər 2000-2010-cu illərdə qoyunların diri çəkisi 30-36 kiloqram arasında olmuşdusa, 2010-cu ildən sonra bu rəqəm 25 kiloqramadək azalıb. Mütəxəssislərin fikrincə, bu azalma heyvanların qidalanması üçün yem bazasının, örüş yerlərinin məhdudlaşması ilə paralel olaraq qoyunların daha erkən kəsimə yönəldilməsidir. Fermerlər  deyir ki, indi qoyun kökəltmək sərfəli sayılmır. Bu həm yem xərclərini artırır, həm də kök heyvanların ətini baha qiymətə satmaq çətin olur. İndi daha çox quzu ətinə maraq böyükdür.

Ölkənin heyvan bazarlarında  3-6 aylıq quzular 30-35 kq diri çəki ilə və ya 15-18 kq ət çəkisi ilə satılır.  Quzu ətinin əsas alıcıları kafe-restoranlar və şadlıq evləridir. Şadlıq evləri və restoranlar ehtiyaclarına uyğun müxtəlif hissələr və kəsimlər üçün təchizatçıdan böyük miqdarda quzu əti alırlar. Azərbaycanda toy və digər bayram tədbirlərində quzu əti geniş istifadə olunur. Qonaqlara təqdim edilən ənənəvi yeməklər arasında quzu ətindən hazırlanmış yeməklər xüsusi yer tutur. Şadlıq evləri bu cür tədbirlərdə yüksək keyfiyyətli ət tələb edir, buna görə də quzu ətinin alıcıları arasında önəmli yer tuturlar.

Qoyun əti ilə özünütəminetmə səviyyəsi ilbəil azalır

Heyvanların baş sayı azalsa da, ət istehsalı az da olsa artır. 2023-cü ildə kəsilmiş çəkidə qoyun və keçi əti 2019-cu ilə nisbətən 4,2 faiz artaraq 89 min tona çatıb. Bu göstərici 2000-ci illə müqayisədə təxminən 2 dəfə çoxdur. Bu qədər istehsalla Azərbaycanda qoyun əti ilə özünütəminetmə səviyyəsi 94,9 faiz təşkil edir. 2015-ci ildə bu rəqəm demək olar ki 100 faizə çatırdı. Son 9 ildə özünütəminemə faizi 5 faiz bəndi aşağı düşüb. 

Statistikaya əsasən, 2012-ci ldən indiyədək ət istehlakı stabil templə artır. Əgər 2012-ci ildə adambaşına ildə 7,7 kiloqram qoyun əti yeyilirdisə, ötən il bu göstərici 9,2 kiloqrama yüksəlib. 

Maraqlıdır ki, quzu ətinə tələbatın artması qiymətlərin yüksəlməsi ilə paralel baş verib. 2020-2023-cü illər ərzində quzu ətinin 1 kiloqramının pərakəndə satış qiymətləri 12-17 manat arasında dəyişib. 2024-cü ildə 20 manatadək bahalaşıb və son  5 ildə qiymət artımı 50 faizə çatıb.

Ölkənin ərzaq məhsulları balansında da istehlakın artım tempi müşahidə olunur.  2018-ci illə müqayisədə əhalinin şəxsi istehlakına yönəlmiş qoyun və keçi ətinin həcmi 85 min tondan 95 min tona yüksəlib. Bu müddətydə qoyun və keçi ətinin idxalı 1700 tondan 4800 tona qalxıb. İxrac isə 171 tondan 2022-ci ildə 1 tona düşüb. 2023-cü ildə ümumiyyətlə ixrac qeydə alınmayıb. 

Təbii ki, artan tələbin bir hissəsi idxal hesabına ödənilir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycana 89.4 ton və ya 1,1 milyon ABŞ dolları həcmində təzə, soyudulmuş, dondurulmuş qoyun və ya keçi əti idxal olunub. İdxal Somalidən (50,3 faiz), Monqolustandan (44,2 faiz) və Ukraynadan (5Ş,0 faiz) həyata keçirilib.

Eyni zamanda 2023-cü ildə ölkəyə diri xırdabuynuzlu heyvan idxalı 2022-ci ilə nisbətən 1.6 dəfə artaraq 320,6 min baş olub. 2023-cü ildə ölkəyə diri qoyun əsasən Gürcüstan (68,1 faiz) və Rusiyadan (31,7 faiz) gətirilib.

Quzuların erkən kəsimi damazlıq təsərrüfatına da ziyan vurur

Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Tərlan Əsgərov bildirir ki, xırdabuynuzlu heyvanların erkən kəsilməsi baş sayının azalmasına səbəb olur. Nazirlik rəsmisi hesab edir ki, əslində heyvanların böyüdülərək kəsimə verilməsi fermerə daha çox gəlir gətirə bilər.

Heyvanların erkən kəsilməsi damazlıq təsərrüfatına da ziyan vurur. Çünki bu zaman seleksiya işlrəi aparmaq çətinləşir. Bu da bəzi yetişdirilməsində problemlər yaradır.

Hökumət qoyunçuluq sahəsində məhsuldarlığı artırmağı hədəfləyir. Bu məqsədlə, təkmilləşdirilmiş və yüksək məhsuldar cinslərin yetişdirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi planlaşdırılır. Məsələn, süni mayalanma, yem istehsalı və sağlamlıq idarəetmə sistemlərinin tətbiqi bu istiqamətdə atılacaq addımlar arasındadır. Qoyunçuluq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara müxtəlif subsidiyalar və maliyyə dəstəkləri təmin etmək, həmçinin kredit imkanlarının artırılması sahənin inkişafına töhfə verəcək. Fermerlərə müasir qoyunçuluq metodları barədə təlimlər təşkil edərək, onların biliklərini artırmaq və inkişaf etmələrinə dəstək olmaq hökumətin hədəfləri arasındadır.

Bu perspektivlər, Azərbaycanın qoyunçuluq sahəsinin inkişafını təmin etmək və bu sahənin potensialını maksimal dərəcədə istifadə etmək məqsədinə yönəlmişdir.

Dünya qoyun bazarı: satanlar və alanlar hansı ölkələrdir? 

Dünya Ərzaq Təşkilatının məlumatına əsasən, dünyada ötən il qoyun və keçilərin sayı 2,5 milyard baş olub. Xırdabuynuzlu heyvanların sayına görə  Çin 13,2 faiz payla liderlik edir. Hindistan (9,1 faiz), Nigeriya (5,6 faiz), Pakistan (4,6 faiz) və Çad (3,7 faiz) olmaqla ilk beşlikdə qərarlaşıb.

2022-ci ildə qlobal bazarda diri xırdabuynuzlu heyvan ixracı 1,8 milyard ABŞ dollar  olub. Dünya üzrə diri qoyun ixracının 70 faizdən çoxu Sudan, Rumıniya, İspaniya, Somali, İordaniya, Portuqaliya, Türkiyə, Avstraliya, Macarıstan və Qırğızıstanın payına düşüb. Qoyun əti ixracının isə 90 faizdən çoxu Avstraliya, Yeni Zelandiya, Birləşmiş Krallıq, İrlandiya, Fransa, İspaniya, Hollandiya, Belçika, Uruqvay və Efiopiyaya məxsusdur.

Dünyada diri qoyunu  ən çox ərəb ölkələri alır. Bu siyahıda  Səudiyyə Ərəbistanı 35,4 faizlə liderlik edir.  İordaniya (10,5 faiz), Qətər (7,8 faiz), İsrail (6,7 faiz), Küveyt (5,5 faiz), İtaliya (4,3 faiz), Özbəkistan (2,8 faiz), İrlandiya (2,6 faiz), BƏƏ (2,5 faiz) və Cənubi Afrika (2,2 faiz) olmaqla ilk onluqdadır.

Qoyun ətinin əsas idxalçıları isə Çin (21,2 faiz), ABŞ (17,1 faiz), Fransa (9,4 faiz), BƏƏ (4,6 faiz), Birləşmiş Krallıq (4,4 faiz), Almaniya (4,4 faiz), Malaziya (3,0 faiz), Kanada (2,9 faiz), Hollandiya (2,9 faiz) və Cənubi Koreyadır (2,1 faiz).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri