Icma.az
close
up
RU
Azərbaycanda dəhşət Fəhlə betonqarışdıranın içində öldü: "İş düzgün araşdırılmır" FOTO

Azərbaycanda dəhşət Fəhlə betonqarışdıranın içində öldü: "İş düzgün araşdırılmır" FOTO

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov ötən ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir.

O, bu barədə Bakupost.az -a şikayətində bildirib.

Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib:


“Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri günahlandırır. Qardaşımı ora kimin göndərdiyi araşdırılmır”.

Şikayətçi deyir ki, qardaşını işə fəhlə kimi götürüblər, amma operator kimi "meşalka"nın içində işləməyə göndəriblər:


“Qardaşım qanunla işə fəhlə kimi götürülmüşdü. Onu işə aparan şəxs müdriyyətlə danışarkən demişdi ki, fəhlə kimi qeydiyyata alınacaq, ancaq operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək. Elgün jurnalistika fakültəsini bitirmişdi, kompüter bilikləri vardı. Ancaq onu "meşalka"nı təmizləməyə göndəriblər. Bu məsələ ciddi şəkildə araşdırılmır. Şübhəli şəxslərdən olan təcrübəçi fəhlənin kamera görüntüləri var. O hadisə barədə deyib ki, Elgün və operator Kərimi axtarırdı, görsün, otaqdadırlar, ya yox. Mən də ona dedim ki, kamerada görünür, sən Elgünün yanından düşürsən, Kərim də 4 metr qabaqda gedir. Bəs, otaqda nə edirdin? Amma mənə cavab vermir. Prokuror və müstəntiq bu məsələnin üstünə getmir. Şirkət də susur. Hətta müstəntiq və vəkillə birlikdə otaqda həmin görüntüləri açıb baxmışıq. Vəkil özü müstəntiqə deyib ki, bu adamın görüntüləri çox şübhəlidir”.

Elmir Əhmədov şirkətin və müstəntiqlərin hadisəyə görə məsuliyyət daşıyan şəxsləri qorumağa çalışdığını iddia edib. Onun sözlərinə görə, şirkət texniki təhlükəsizlik qaydalarına əməl olunduğunu bildirsə də, bu, yalandır:


"Necə təhlükəsizlik işləri görülüb ki, bu cür faciə baş verib? İşçilərə düzgün təlim keçməyiblər. Mən orada SƏTƏM-in işçisi ilə söhbət edəndə o dedi ki, "ərazi çoxdur, mən təkəm, çatdırmıram, ayda bir dəfə təlim keçirəm". İndi işçilər ifadələrində yazır ki, hər gün bizə SƏTƏM mütəxəssisi tərəfindən təlim keçirilir. Halbuki o, özü təsdiqləmişdi ki, təkdir, vaxtı yoxdur, ayda bir dəfə təlim keçir”.

Elmir Əhmədovun sözlərinə görə, Laçın prokurorluğundan müstəntiq İlqar Niftəliyev latın qrafikasında yazıb-oxumağı bilməyən adamlardan ifadə alır, sonra həmin ifadəni özləri kompüterdə yazıb işçilərə qol çəkdirirlər:

“Həmin şəxslərdən biri Süleyman İmranov dur. Bu adam qardaşımı işə aparan şəxsdir. Özü də orada sürücü işləyir. O, prokurorluğa teleqram göndərərək bildirib ki, "mən oxuyub-yazmağı bilmirəm, ifadəm kompüterdə yazılıb. Amma mənə məlum olur ki, dediklərim yazılmayıb. Xahiş edirəm, məni təkrar prokurorluğa çağırın, ifadı verim". Amma onu çağırmadılar.


Qanunsuzluqlar həddən artıq çoxdur. Laçın prokurorluğu işə düzgün baxmadı. Onlara narazılığımı bildirdim, dedilər ki, narahatsansa, vəsadət yaz. Mən də ilk vəsadətimi yazdım. Qardaşım "meşalka"nın içinə girəndə yanında cəmi bir nəfər şahid olub. O, şirkətdə fəhlə işləyir, ağsaqqal adamdır. Mən öz razılığı ilə iki dəfə ayrı-ayrı yerlərdə onu danışdırıb video çəkmişəm. Dedi ki, qardaşın təhlükəsizlik düyməsini gözümün qabağında basdı və içəri girdi. Lakin texniki ekspert ifadə verib ki, mərhum düyməni basmayıb. Mən vəsadətimdə yazmışam ki, texniki ekspert necə sübut edə bilər ki, qardaşım betonqarışdıranın içinə düşməzdən əvvəl düyməni basmayıb? Gəlib bunu sübut etsin. Yanında olan şahid videogörüntüdə deyir ki, gözümün qabağında düyməni basdı, sonra içəri girdi".

Elmir Əhmədov bildirib ki, hadisədən sonra şirkətin rəhbəri Dünyamalı Orucov işdən çıxıb. Onu Sərdar Alıyev əvəz edib. Onun dediyinə görə, istintaqın təkrar aparılması tələbi ilə müxtəlif qurumlara müraciət edib, lakin müraciətinə baxılmır:

"Kimsə kiminləsə dalaşır, bir şillə vurur, polis ora ekspert aparır. Ancaq ortada ölüm işi var, prokuror isə "evcik-evcik" oyunu oynayır. Bunlar hələ mənim deyəcəklərimin milyonda biridir. Rəsmi sənədlər və faktlar var. Mən bu barədə Cənab Prezidentə, Mehriban xanıma, Ombudsmana və Baş Prokurorluğa müraciət etmişəm".

"Falcom" MMC şirkətinin rəsmi nümayəndəsi Rəşad adlı şəxs Bakupost.az -a açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını və əlavə heç nə deyə bilməyəcəyini bildirdi.

Məsələ ilə bağlı işi araşdıran müstəntiq İlqar Niftəliyevlə əlaqə saxladıq. O, açıqlama verməkdən imtina etdi. Cinayət işinin istintaqı və səsləndirilən ittihamlarla bağlı Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ünvanlamışıq.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri