Icma.az
close
up
RU
Azərbaycanda dəhşətli qəza: 5 hərbçi HƏLAK OLDU YENİLƏNİB

Azərbaycanda dəhşətli qəza: 5 hərbçi HƏLAK OLDU YENİLƏNİB

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Müdafiə Nazirliyi Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Qeyd edək ki, Tovuzda "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub, nəticədə 6 nəfər ölüb.

22:44

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir. 

"Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu ilə ona zəruri tibbi yardım göstərilib və pasiyent əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunur.

21:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı minik avtomobili  ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “MERCEDES” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

21:10

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun Düzcırdaxan kəndi ərazində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirlir. Ölənlər arasında hərbçilər də var.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri