Icma.az
close
up
RU
Alimlər təhlükəli fəsadlar yaradan virus barədə xəbərdarlıq ediblər

Alimlər təhlükəli fəsadlar yaradan virus barədə xəbərdarlıq ediblər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Sinqapur Baş Xəstəxanasının tədqiqatçıları xəbərdarlıq ediblər ki, çox vaxt adi soyuqdəymə ilə səhv salınan respirator-sinsitial virus (RSV) ağır fəsadlara səbəb ola bilər və təhlükəlilik dərəcəsinə görə qrip və COVID-19 ilə müqayisə olunur.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.

“PREPARE” (Program for Research in Epidemic Preparedness And REsponse — Epidemioloji Hazırlıq və Cavab Tədqiqat Proqramı) proqramının alimləri RSV, qrip və COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən on minlərlə hadisənin məlumatlarını təhlil ediblər. Bütün hallarda RSV-yə yoluxma zamanı xəstəliyin ağırlıq dərəcəsi digər virus infeksiyaları ilə bərabər və ya daha yüksək olub.

“Təxminən 5–10 faiz soyuqdəymə simptomları olan pasiyentlər əslində RSV ilə yoluxublar. Bu virus qrip və ya koronavirusa nisbətən daha az rast gəlinir, lakin onun nəticələri eyni dərəcədə ciddi ola bilər”, – deyə tədqiqatın aparıcı müəllifi, infeksionist İen Vi bildirib.

Təxminən 13 min hospitalizasiya halını əhatə edən ilk tədqiqatda RSV diaqnozu qoyulan pasiyentlərin təxminən 5 faizi xəstəxanaya yerləşdirildikdən sonra 28 gün ərzində vəfat edib. Bu xəstələrdə ölüm halları və reanimasiya şöbəsinə düşmə tezliyi qriplə xəstələnənlərlə müqayisədə daha yüksək olub. Xəstəliyin gedişatının ağırlığı baxımından RSV, daha əvvəl koronavirusa qarşı gücləndirici vaksin qəbul etmiş pasiyentlərdəki COVID-19 ilə eyni səviyyədə olub.

İkinci tədqiqat göstərib ki, RSV-yə yoluxan hər on xəstədən birində kəskin ürək-damar fəsadları – aritmiyalar, insult, tromboz və ya ürək çatışmazlığı inkişaf edir. Bu göstərici COVID-19 və ya qrip səbəbindən hospitalizasiya olunmuş xəstələrdə qeydə alınandan daha yüksək olub.

Üçüncü tədqiqatda (təxminən 83 min yetkin və 24 min uşaq iştirak edib) müəyyən edilib ki, RSV keçirmiş böyüklərdə ürək-damar və nevroloji fəsadların riski xəstəlikdən sonra 300 günə qədər davam edir.

RSV xüsusilə kiçik uşaqlar, yaşlı insanlar və immun sistemi zəif olan pasiyentlər üçün daha böyük təhlükə yaradır. Bu qruplarda virus çox vaxt ağciyərlərin iltihabına və tənəffüs çatışmazlığına səbəb olur.

“Tədqiqatlarımız göstərir ki, həm uşaqlarda, həm də yaşlı pasiyentlərdə RSV ciddi qısamüddətli və uzunmüddətli fəsadlara gətirib çıxara bilər. Risk qrupuna daxil olan insanlar profilaktika məsələsini həkimləri ilə mütləq müzakirə etməlidirlər”, – deyə doktor Vi vurğulayıb.

Mütəxəssislər xatırladırlar ki, RSV və digər tənəffüs viruslarından qorunmağın əsas yolları gigiyena qaydalarına riayət etmək, xəstəlik zamanı digər insanlarla təmasdan çəkinmək və soyuqdəymə simptomları olduqda maska taxmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri