Icma.az
close
up
RU
Azərbaycanda dərslik problemi: mövzular səthi, dili çətindir...

Azərbaycanda dərslik problemi: mövzular səthi, dili çətindir...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanda bir sıra təhsil ekspertləri, o cümlədən valideynlər və bəzi müəllimlər məktəb dərsliklərinin yenilənməsinin zəruri olduğunu düşünür. Onların fikrincə, hazırkı dərsliklər universitetə hazırlıq üçün kifayət qədər dərin bilik vermir. Valideynlər hər il övladları üçün əlavə hazırlıq vəsaitlərinə pul xərcləməyə məcbur olduqlarını bildirirlər.

Ekspertlər hesab edirlər ki, dərsliklərdə mövzuların izahı çox səthi və çətin dildə təqdim olunur. Bu isə şagirdlərin dərsi tam anlamaqda çətinlik çəkməsinə səbəb olur. Eyni zamanda, dərsliklərdə tətbiqi biliklərin formalaşması üçün kifayət qədər əlavə tapşırıqların olmaması da tənqid edilir.

Valideynlər qeyd edirlər ki, məktəb dərslikləri ilə universitetə hazırlaşmaq mümkün deyil və abituriyentlər repetitor yanına getməyə məcbur olurlar. Onların fikrincə, yeni dərsliklər hazırlanmalı, daha əlçatan dildə izahlar verilməli və praktik tapşırıqlar artırılmalıdır.

Deputat Ceyhun Məmmədov Modern.az-a bildirib ki, dərsliklərin yazılmasına səthi yanaşıldığından onun əhatə etdiyi mövzular da səthi olur.

“Dərsliklərin hazırlanması məsələsinə kifayət qədər ciddi yanaşılmalıdır, çünki bu sahə olduqca həssasdır. Burada həm tərbiyəvi, həm də təlim-tədris məsələləri özünü göstərir. Məktəblilərin formalaşması onlara keçirilən dərslərdən, o cümlədən öyrədilən mövzulardan aslıdır. Bu gün ümumi prosesə baxanda hesab edirəm ki, dərsliklərə yanaşmada bir neçə amil və məsələ ciddi boşluqlar var və onlar gələcəkdə nəzərə alınmalıdır ki, problem daha da özünü qabartmasın”. 

Ceyhun Məmmədovun fikrincə, dərsliklər aid olduğu sahənin ən peşəkar insanları tərəfindən yazılmalıdır və müxtəlif mərhələlərdən keçərək son vəziyyəti məktəblilərə təqdim olunmalıdır.

“Əvvəlki dövrdə proses bu cür tənzimlənsə də, sonrakı mərhələlərdə dərsliklərin yazılması tenderə çıxarıldı və təhsil müəssələri üçün hazırlanan kitabların tərtib edilməsi müəyyən nəşriyyatlara verildi, dərsliklərin müxtəlif nəşriyyatlar tərəfindən tərtib və çap edildi. Bu da özü ilə bərabər bir sıra çətinliklər və problemlər yaradır. Paralel olaraq, dərsliklər bir neçə dəfə ekspertizadan, müəyyən mərhələlərdən keçməlidir və bundan sonra qərara alınmalıdır ki, həmin dərslik çap olunsun, ya yox. Bu gün şagirdlər qarşısına çıxarılan metodik vasitələr yetərli deyil, özünü doğrultmur və məsələyə həssas yanaşma yoxdur. Uşaqlar oxuduqları və keçdikləri dərslik əsasında imtanlarını verməli və sırf onun əsasında proses getməlidir”. 

Ceyhun Məmmədov sonda qeyd edib ki, ümumi təhsilə nəzarətin Elm və Təhsil Nazirliyi, imtahanın Dövlət İmtahan Mərkəzi, kitabların fərqli nəşriyyatlar tərəfindən dərc olunması prosesdə natamamlığın olduğunu göstərir. Beləliklə də şagirdlərin, valideynlərin üzərinə böyük yük düşür və ümumi sistemə öz mənfi təsirini göstərir,müəyyən problemlər və çətinliklər də yaradır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see385

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see343

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see337

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see311

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see307

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see287

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see247

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see247

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see242

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see225

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see213

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see185

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see181

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see176

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see176

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see172

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see166

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see164

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see160

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri