Icma.az
close
up
RU
Azərbaycanda doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən öldürüldü

Azərbaycanda doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən öldürüldü

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs - Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az "Unikal"a istinadla xəbər verir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:

"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən, niyə boynuna almırsan? Uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".

Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki, bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orada da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm, gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".

Yaşar Abbasovun zalda olan bibisi qızı isə İpək Əhmədovanı ittiham edib: "Sən Yaşara narkotik satıb tanış olmusan".

Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəsatəti təmin edib.

Vəkil Yaşarın necə işgəncə verməsini soruşub.

İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb krovatın altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar".

Vəkilin sözlərinə görə, ekspert rəyində Mirəlinin ayağının sınması və döyülməsi barədə heç bir qeyd yoxdur.

Hakim Yaşardan İpəyə bədən xəsarətləri yetirdiyini soruşub. Yaşar İpəyi narkotik istifadə etdiyinə görə döydüyünü bildirib.

Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istəyiblər. Hakim isə məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verib.

Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşüb.

Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, 9 yaşlı Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə işgəncə verməklə qəsdən öldürüb.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Yanvar 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see5075

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see367

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see265

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see156

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see145

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see143

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see143

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see140

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see136

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see134

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see132

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see132

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see129

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see127

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see124

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see123

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see123

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see122

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see120

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri