Icma.az
close
up
RU
Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair yeni strategiya hazırlanır

Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair yeni strategiya hazırlanır

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Maliyyə naziri Sahil Babayev dövlət borcunun idarə olunmasında beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, "2026-2029-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" sənədinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.

Missiya.Az nazirliyə istinadən xəbər verir ki, nazir bu məsələyə qurumda keçirilmiş kollegiya iclasında toxunub.

İclasda nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin gördüyü işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 %-dən aşağı saxlanıb, xarici borc tədricən azaldılıb və faiz dərəcəsi riski məqbul səviyyədə qorunub. 1 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 %-i xarici, 66,8 %-i daxili borcdur.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik dövlət borcalması həyata keçirir, borc üzrə uçot və hesabatlılığı təmin edir, təhlillər aparır. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq və digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işlər aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://missiya.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see202

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see196

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see193

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see186

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see178

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see166

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see166

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see141

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see139

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see136

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see135

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see131

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see129

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see128

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see127

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see126

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see121

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri