Icma.az
close
up
RU
Layiq olduğumuz xalı qazandıq Patrik Andrade

Layiq olduğumuz xalı qazandıq Patrik Andrade

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andradenin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la qarşılaşdınız. 2:2-lik heç-heçəni  necə dəyərləndirirsiniz?

- Çətin oyun keçdi. İkinci hissənin əvvəlində hesabda geri düşsək də, geridönüş edə bildik. Sonra yenidən qapımızda qol gördük. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və yekunda heç-heçəyə nail olduq. Qələbə qazana bilməsək də, bu bir xal bizim üçün çox vacibdir. 

- Son dəqiqələrə qədər motivasiyanı necə saxladınız?

- Oyundan qabaq da motivasiyamız yüksək idi. 90 dəqiqə ərzində bunu saxladıq. Bütün oyunçular sona qədər vuruşdu. Yekunda da layiq olduğumuz xalı qazandıq. 

- “Sabah”ın əsas rəqiblərinizdən biri olduğunu nəzərə alsaq, bu xal məqsədinizə çatmaqda nə dərəcədə kömək olacaq?

- Addım-addım gedirik, hər dəfə növbəti matçı düşünürük. Önəmli olan oyundan oyuna irəli getməkdir. Yekunda necə alınacağını isə mövsümün sonunda biləcəyik. 

- Qol vurmaq baxımından problem olmasa da, belə görünür ki, “Araz-Naxçıvan” çox asanlıqla qollar buraxır. Sizcə, bu, nədən irəli gəlir?

- Məncə, ciddi problem yoxdur. Sadəcə daha çox çalışmaq lazımdır. Baş məşqçimiz də oyunları analiz edir, bizə lazım olan göstərişləri verəcək. İnanıram ki, növbəti matçlarda səhvlərimizi aradan qaldıracağıq. 

- “Sabah”la matçda nominal ev sahibi olsanız da, səfərdə oynadınız. Bu, çıxışınıza nə dərəcədə təsir etdi?

- Şəxsən mənim üçün heç nə dəyişmədi. Evdəki kimi oynadıq. Bu barədə şikayətimiz yoxdur.

- Bəs hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimlər barədə danışmağı uyğun hesab etmirəm. 

- Növbəti tur “Sumqayıt”ın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- 1 həftə vaxtımız olacaq. Rəqibin kimliyi bizim üçün fərq etmir. Məqsədimiz qələbə qazanmaqdır. 

- Sabiq klubunuz “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını izəyirsiniz? Necə dəyərləndirirsiniz?

- Çox yaxşı oynayırlar. 3 oyunda 6 xal əla nəticədir. “Qarabağ”a uğurlar arzulayıram. İnanıram ki, növbəti matçlarda da Azərbaycan xalqını sevindirməyə davam edəcəklər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri