Icma.az
close
up
RU
Azərbaycanda ədəbiyyat kanalı yaradılsa... SORĞU

Azərbaycanda ədəbiyyat kanalı yaradılsa... SORĞU

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda zəngin ədəbi irsimiz və maraqlı yazıçı imzalarımız olmasına baxmayaraq, hələ də ədəbiyyata həsr olunmuş ayrıca bir televiziya kanalı mövcud deyil. Halbuki belə bir kanal klassik və müasir ədəbiyyatımızın təbliği, gənc yazarların tanıdılması və oxucuların kitaba marağının artırılması üçün faydalı ola bilər.
Azərbaycanda ədəbiyyat kanalı yaradılmalıdırmı?

Kulis.az mövzu ilə bağlı sorğu keçirib.


Yazıçı Səfər Alışarlı:

"Televiziyada ədəbiyyat verilişi hazırlamaq asan iş deyil. Buna hər ikisinin - ədəbiyyatın da, televiziyanın da spesifikası mane olur. Hətta ən ciddi və istedadlı ədəbiyyat nümunələrinin televiziyada müzakirəsi özünəməxsus çətinliklərlə qarşılaşır. Bizdə sözün həqiqi mənasında senzura mövcuddur. Hətta sovet dövründəkindən də qatı və qəddar senzura. Bu mənada televiziyalarımız bəzi strukturların agentura şəbəkəsinə daxil edilmiş kimi görünür.

İkinci, televiziya teatrla kinonun arasında özünəməxsus sənət növüdür. O, şounu sevir. Ağıllı-ağıllı danışmaq tamaşaçı itirmək deməkdir. Çünki tamaşaçının 90 faizi ağılla deyil, instinktlə yaşayır. Yaxşı ədəbiyyat isə təkcə ilhamın deyil, həm də yüksək ağılın məhsuludur. Mövcud ədəbiyyat verilişləri gözə kül üfürmək üçündür. Teleməkanda həqiqi ədəbi verilişlərin olmaması, həqiqi mənəvi dəyərlərin təbliğ edilməməsi həyatımızın başqa sahələrində öz fəsadlarını verir.

Üçüncü, yaxşı ədəbi veriliş üçün həqiqi ədəbi dəyər və həqiqi yazıçı lazımdır. Bizdə kim min manat tapıb kitabını çap etdirirsə, olur "görkəmli" yazıçı və gedir oturur TV kamerasının qarşısında. Bundan hara gedib çıxmaq olar?"


Teletənqidçi, professor, Qulu Məhərrəmli:

"Hesab edirəm ki, Azərbaycanda ayrıca ədəbiyyat kanalı, yəni poeziya, nəsr, ədəbiyyatı şaxələndirə biləcək xüsusi kanala ehtiyac yoxdur. Ona görə ki, əvvəla, bu nə qədər zəngin və maraqlı olsa da, ora materiallar toplamaq müəyyən qədər yeknəsəklik yarada bilir. Ədəbiyyatın təbliği yolunda bunu həll etmək üçün xüsusi addımlar atmaq mümkündür. Bunun üçün gərək TV-lərdə ədəbiyyat, poeziya saatı olsun. Ədəbiyyatın təbliği üçün müəyyən formatlar olsun. Bu çox önəmlidir. Mədəniyyət kanalının tərkibində ayrıca, xüsusi videokanal yaratmaq olar ki, orada ədəbiyyatdan bəhs olunsun. Amma ayrıca ədəbiyyat kanalının təsis olunmasına indiki şəraitdə ehtiyac yoxdur”.

Şair Qulu Ağsəs:

"Bu sualınız mənə 2000-ci illərin əvvəllərini xatırlatdı, o vaxtlar bir qrup ziyalı mədəniyyət kanalı davasına qalxmışdı, yeri gəlmişkən, mənim də fikrimi soruşanda razılıq vermişdim. 2011-ci ildə - arzular reallaşanda "davamız" "sülhlə" bitəcəkdi ki... "Mədəniyyət" kanalından narazılıqlar başladı. "Asilərin" çoxu kanal təşəbbüskarları idi! Çünki özlərini gecə-gündüz efirdə görmək, eqolarını öz "çəkdikləri" kanalda çimizdirmək istəyirdilər. İndi növbəti dalğa gəlir -- ədəbiyyat kanalı. TV-dən azca xəbəri olanlar bilir ki, bu çox bahalı proyektdi; hələ texnikanı, icazəni və s.-ni qırağa qoyuram, kadr lazımdı, əzizlərim. Telekadr. Hərdən adama elə gəlir ki, ölkədə televiziyanın sayı telekadrdan çoxdu. Oxucunun sayı yazıçının sayından az olan kimi..."


Yazıçı Alpay Azər:

“Mədəniyyət” kanalında Qəşəm Nəcəfzadənin aparıcılığı ilə "Və ya" verilişi göstərilir. Müəyyən nöqsanlar olsa da, pis deyil, maraqlı diskussiyalara rast gəlmək olur. Amma tək “Mədəniyyət” yox, başqa kanallarda da bu cür verilişlərə ehtiyac var. Məsələn, Rusiyada bir vaxt NTV kanalında “Школа злословия” verilişi var idi. Tanınmış yazıçı Tatyana Tolstaya və jurnalist Darya Smirnova ədəbiyyatda özlərini təsdiq etmiş nasirləri, şairləri çağırıb, onlarla maraqlı söhbətlər aparırdılar, el dilində desək, suallarıyla divara dirəyirdilər dəvət etdikləri qonaqları. Və yaxud “Игра в бисер” verilişi. Verilişdə məşhur filoloq alim İqor Volqinin moderatorluğu, başqa filoloqların, yazıçıların iştirakı ilə rus klassiklərinin əsərləri müzakirəsi olunurdu. Bizdə internet televiziyası səviyyəsində bu işi sağ olsunlar, Qismət, Cəlil Cavanşir, Bahadur Seyidov və ola bilsin, adlarını unutduğum başqa söz adamları görür. Qısası, kitaba, bədii ədəbiyyata marağı artırmaqçün heç olmasa, 1-2 çox baxılan telekanalda bu cür ədəbi intellektual verilişlər olmalıdır."


Yazıçı Cavid Zeynallı:

"Azərbaycan ədəbiyyatının kanala qədər həll olunası daha başqa problemləri var. Bu problemlər vaxtaşırı olaraq gündəmə gətirilib, amma həlli istiqamətində ciddi mənada iş görülməyib. İndi bizim ədəbiyyatın daha çox xaricdə təbliğinə ehtiyac var. Bu da tərcümə məsələsindən keçir. Sistemli, keyfiyyətli tərcümə. Beynəlxalq sərgilərdə iştirak, böyük nəşriyyatlarla əməkdaşlıq, ciddi imici, qaydaları və şərtləri olan ədəbiyyat müsabiqəsinin təşkili, qonorar sisteminin işə salınması və s. Bu qədər problemlər həll olunmadan ədəbiyyat kanalı kimə və nəyə lazımdır?"


Teleaparıcı Rahil Sayadoğlu:

"Azərbaycanda ayrıca ədəbiyyat kanalının yaradılmasına, ehtiyac varmı... açığı, cavab verməkdə çətinlik çəkirəm. Çünki ədəbiyyat da daxil mədəniyyət və incəsənətin bir çox sahələrini özündə ehtiva edən “Mədəniyyət” TV var. O kanalın baxımlılıq göstəricisi çox təəssüf ki, çox da yüksək deyil. Bu reallıqdır. Ona görə də ədəbiyyata ayrıca telekanal ayırmaq, düşünürəm ki, effektiv olmaz. Televiziya vizuallığı sevir, ədəbiyyat isə bir növ söz, mətn sənətidir. Bunların mahiyyətində bir ziddiyyət var. Məsələn, teatra, musiqiyə ayrıca telekanal açmaq hardasa anlaşılandır. Amma ədəbiyyat üçün ayrıca kanal ağlıma batmır. Əvəzində, deyərdim ki, yeni, fərqli ədəbi layihələr yaradılsa, kifayət edər."

Denzeldən "Oskar"a namizəd olmamasına reaksiya "Mən qadınları ciddi qəbul etmirəm..." - Dünya şöhrətli aktyor niyə anası ilə yatırdı? Bədii ədəbiyyatda ənənə nə deməkdir? - Cavanşir Yusifli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Fevral 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri