Icma.az
close
up
RU
Azərbaycanda efir qalmaqalı Müğənnilərə qadağa qoyula bilər

Azərbaycanda efir qalmaqalı Müğənnilərə qadağa qoyula bilər

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər efirlərdə müşahidə olunan qalmaqallı situasiyalar yenidən gündəmi zəbt edib. Bu dəfə “Space TV”də yayımlanan “Tarixin bir günü” verilişində müğənnilər arasında yaşanan gərginlik bu tendensiyanın növbəti nümunəsi olub. Proqram zamanı efirdə sözügedən olay görünməsə də, aparıcı Tarix Əliyevin (Tolik) öz “YouTube” kanalında yayımladığı kadrlar baş verənlərin mahiyyətini ortaya qoyub. Məlum olub ki, verilişə müğənni qismində dəvət olunan Firuzə Babayeva ilə Mehriban Qənbərova arasında ciddi mübahisə yaranıb və tərəflər efir mədəniyyətinə uyğun olmayan ifadələrdən istifadə ediblər.

Bu kimi hallar televiziya məkanında hansı məsuliyyəti doğurur? Qalmaqal yaradan qonaqlarla bağlı hansı tədbirlər görülməlidir? Kanallar belə vəziyyətlərin qarşısını necə ala bilər?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, bu gün televiziyalarda qalmaqal vasitəsilə reytinq qazanmağa çalışan verilişlərin sayı artıb.

O bildirib ki, vətəndaşlar bu cür bayağı kontenti izləməkdən imtina etmədikcə, həmin verilişlərin azalması da çətin olacaq:

“Efirdə dava-dalaşların, söyüşlərin və ümumilikdə qeyri-etik davranışların qarşısını almaq üçün televiziya kanallarının rəhbərliyi daha ciddi nəzarət mexanizmləri tətbiq etməlidir. Ən effektiv üsullardan biri odur ki, efirə çıxan qonaqlar və verilişin komandası əvvəlcədən müəyyən qaydaların qoyulduğu bir sənədi imzalasın. Bu sənəddə hansı fikirlərin səsləndirilməsinin yolverilməz olduğu, hansı mövzular və davranışların qadağan edildiyi açıq şəkildə göstərilməlidir. Üstəlik, hamıya məlumdur ki, hətta canlı yayımlar belə əslində 5-10 dəqiqəlik gecikmə ilə efirə verilir. Zərurət yarandıqda efir rejissoru həmin arzuolunmaz kadrları kəsib çıxara bilər”.

Ramil Süleymanov

Vəkilin sözlərinə görə, burada həm kanal rəhbərliyinin, həm də məsul şəxslərin ciddi öhdəlikləri var:

“Qanunvericilik yalnız efirdə baş verən nalayiq və qeyri-etik davranışlara görə Audiovizual Şura tərəfindən xəbərdarlıq və ya müəyyən müddətə yayımın dayandırılması kimi sanksiyalar nəzərdə tutur. Lakin düşünürəm ki, kanallar özləri də bu sahədə daha ciddi tədbirlər görməli, qaydaları sərtləşdirməli və qonaqları əvvəlcədən məlumatlandırmalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri