Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycanda ekoloji vergilərin yenilənməsi istiqamətində müzakirələr aparılır.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
Bundan başqa, o deyib ki, karbon emissiyalarına vergilərin tətbiqi də geniş müzakirə olunur: "Ölkə olaraq Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) çatmaq, karbon emissiyalarını azaltmaq üçün qiymət alətlərinin tətbiqi üzərində çalışırıq, onları öyrənirik. Sadəcə vergi ödəyicilərini əmin etmək istəyirik ki, hər hansı vergi tətbiq ediləcəyi halda sahibkarlığın inkişafına mane olmasın deyə ciddi təhlillər aparılır. Yəni, həm əhaliyə bunun təsiri olmasın, hansısa istehlak xərcləri artmasın, həm də mikrosahibkarların üzərində ciddi vergi yükü yaranmasın. Bir sözlə, sənayenin, ümumilikdə sahibkarlığın inkişafını məhdudlaşdırmayan karbon emissiyası üzərində vergi tutma üzərində işləyirik".
Baxış sayı:122
Bu xəbər 26 Noyabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















