Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 noyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Azərbaycanda elektromobillər üçün enerjidoldurma infrastrukturunun inkişafı və vahid platformanın yaradılması istiqamətində Koreya Respublikasının təcrübəsini öyrəniblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Azərbaycanda dövlət qulluqçuları və əlaqədar təşkilatların e-mobillik infrastrukturunun gücləndirilməsi sahəsində potensialın artırılması” layihəsi çərçivəsində Sonqnam və Kvancu şəhərlərində səfərdə olub.
Səfər zamanı koreyalı ekspertlərin iştirakı ilə elektromobillik infrastrukturu, fəaliyyət planlarının hazırlanması, optimal enerji doldurma məntəqələrinin seçilməsi və şarj stansiyalarının quraşdırılması zamanı qarşıya çıxan çağırışlar müzakirə edilib.
Həmçinin Koreyanın rəqəmsal enerji doldurma siyasəti, şarj və emissiyaya nəzarət texnologiyaları, bərpaolunan enerji magistralları və digər istiqamətlər üzrə təcrübə mübadiləsi aparılıb. Nazirliyin əməkdaşları e-mobillik sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzləri, avtomobil və enerjidoldurma avadanlıqları istehsal edən müəssisələrlə tanış olublar.
Səfərin nəticəsi olaraq Koreya ekspertlərinin dəstəyi ilə Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması, eləcə də enerjidoldurma infrastrukturuna tələbatın ölçülməsi və proqnozlaşdırılması üzrə fəaliyyət planları hazırlanıb.
Gələcəkdə həmin planlar əsasında müvafiq layihə sənədlərinin hazırlanması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















