Icma.az
close
up
RU
Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ardıcıl işlər aparılır

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ardıcıl işlər aparılır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərarla hər il mayın 5-i Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində fəal dövlət siyasəti aparılır. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi diqqət və qayğısı bu sahədə tədbirlərin də ildən-ilə güclənməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə sosial ödənişlərlə (pensiya, müavinət, təqaüdlər) təmin edilir. Dövlətimizin başçısının tapşırıqları əsasında 2018-ci ildən ötən dövrdə illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi icra edilib, həmin islahatlar çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər də ardıcıl şəkildə artırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artıb.

Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi mühüm rol oynayır. Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzdə və onun filiallarında əlilliyi olan və digər həssas qruplardan olan 700-dən çox şəxs xidmətlərdən yararlanıb. Benefisiarlarla bağlı təlimlərlə yanaşı, kompleks reabilitasiya işləri də aparılır.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda Konvensiyadan irəli gələn öhdəliklər uğurla icra edilərək, bu əsasda milli qanunvericilik də daim təkmiləşdirilir. Bunun növbəti əyani təzahürü isə bu günlərdə qəbul edilən yeni qanunvericilik aktlarıdır. Bu, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılmasına yönələn daha bir addım kimi qiymətləndirilə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib. Həmin maddələrdə dövlətin əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verdiyi, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanındığı bildirilir.

Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı icra olunur. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu proqram 5 dəfə genişlənib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ötən dövrdə 7,7 min minik avtomobili təqdim edilib.

Son illər ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub, həmçinin yeni reabilitasiya müəssisələri yaradılıb. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının tətbiqi ilə biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində də son illər mühüm addımlar atılıb. Bu məqsədlə nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

Görülən bütün bu işlər reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildəki 11,9 mindən 10,4 dəfə artaraq 2024-cü ildə 123,3 minə çatmasına imkan verib. Eyni zamanda, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyədək artırılaraq 34-dən 130-a çatdırılıb. Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.

Reabilitasiya vasitələri ilə təminatda mühüm yeniliklərdən biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işləri çərçivəsində həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 492 şəxs 609 yüksək texnologiyalı protezlə təmin edilərək, aktiv həyata dönüş imkanı əldə edib. Hətta onlar idman yarışlarında da uğurla iştirak edirlər.

Ümumilikdə Azərbaycan əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların hüquqlarının etibarlı şəkildə təmin edilməsi sahəsində fəal və daim güclənən dövlət siyasətinə malik ölkələrdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri