Icma.az
close
up
RU
Azərbaycanda əmlakın ən çox bahalaşdığı rayonlar hansılardır?

Azərbaycanda əmlakın ən çox bahalaşdığı rayonlar hansılardır?

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il ölkədə daşınmaz əmlakın bütün növləri – yeni və köhnə tikili mənzillər, qeyri-yaşayış sahələri (obyektlər), torpaq sahələri və sair üzrə qiymət artımı baş verib.

Bahalaşma təkcə paytaxt Bakıda deyil, ölkənin əksər bölgələrində özünü göstərib. Xüsusilə də, evlərin qiymət artımı bir sıra rayonlarda nəzərə çarpacaq qədər çox olub. Regionlarda əmlak bazarı hələ tam formalaşmasa da, bazardakı bahalaşma özünü açıq göstərir.

Bəs regionlarda əmlak qiymətləri necədir? Ən çox bahalaşma hansı ərazilərdə olub?

Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bilirib ki, regionlarda həmişə Naxçıvan, Gəncə, Sumqayıt əmlak bazarları daha öndə olan bazarlar olub. Ekspert bu siyahıda ilk növbədə Naxçıvanı qeyd edir:

«Amma infrastruktur dəyişiklikləri, əhalinin alıcılıq qabiliyyəti baxımından qiymət artımı ən çox Naxçıvanda müşahidə olunub. Bu, həm gələcəkdə Zəngəzur dəhlizinin açılışı, həm də Naxçıvanda əmlak bazarının uzun müddət donmuş vəziyyətdə olması ilə bağlıdır».

Son illərdə Naxçıvanda baş verən fəallaşma isə bu bölgənin əmlak bazarını da canlandırıb və qiymətləri yüksəldib: «Naxçıvanda ötən il əmlak qiymətləri təxminən 18% artıb».

Qiymətlərin bahalaşmasına görə ikinci yeri 17% artımla Sumqayıt şəhəri, üçüncü yerdə isə Qəbələ şəhəridir. Qəbələrə ötən il əmlak qiyməti orta hesabla 15,1% bahalaşıb: «Həmin ərazidə həm mövcud turizm imkanları genişdir, həm də gələcək prespektivlər yüksəkdir»-deyə ekspert bildirir.

Bununla yanaşı, əvvəlki iki ildən fərqli olaraq 2025-ci ildə qiymət artımı nisbətən zəifləyib: «2023-2024-cü illər qiymətlərin aqressiv şəkildə artımı baş verirdi, amma 2025-ci ildə bu aqressiya dayanıb. Buna baxmayaraq ötən il yenə də daşınmaz əmlakın bütün növləri üzrə qiymət artımının şahidi olduq».

Vüqar Orucun sözlərinə görə, bölgələrdə qiymət artımı ən çox topraq sahələrində müşahidə olunub: «Torpaq sahələrinə qiymət artımı təxminən 20% ətrafında oldu. Ən zəif qiymət artımı isə köhnə tikili mənzillərdə oldu – təxminən 9,4%. Çünki köhnə tikililərin sökülməsi prosesi başlayıb və bazarda onlara tələbat aşağı düşüb. Vətəndaşlar daha çox yeni tikililərə üstünlük verirlər, nəticədə onların qiyməti təqribən 15% artıb.

Ekspert deyir ki, turizm perespektivi olan rayonlarda, eyni zamanda öz büdcəsi hesabına imkanları əldə etmə şəraiti olan və dövlət dotasiyasından daha az asılı olan rayonlarda və əhalinin daha sıx məskunlaşdığı rayonlarda daha əmlak daha sürətlə bahalaşır.

AQC sədrinin sözlərinə görə, regionlarda əmlak qiyməti bu il də bahalaşacaq: «Qiymət artımı gözlənilən regionlardan Zaqatalanı, Lənkaranı, Qubanı qeyd edə bilərik. Naftalanda əmlakın qiyməti digər rayonlara nisbətən daha yüksəkdir və getdikcə artım daha çox hiss olunacaq».

Bununla yanaşı, 2026-cı ildə regionlarda qiymət artımının zəifləyəcəyi, əvvəlki illərdəki kimi olmayacağı gözlənilir, 2027-ci ildə də eyni vəziyyət olacaq: «2026-cı il stabilləşmə və qiymət artımı dinamikasının aşağı düşməsi ilidir. 2027-ci ildə isə qiymət artımı seçici olacaq, yəni böyük layihələr həyata keçirilən və yeni infrastruktur dəyişiklikləri baş verəcək ərazilərdə qiymətlər artacaq» – deyə o, əlavə edib.

2025-ci ildə bir sıra rayonlarda daşınmaz əmlakın qiyməti və qiymət artımının dinamikası aşağıdakı cədvəldə:

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Fevral 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri