Icma.az
close
up
RU
Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları SİYAHI

Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları SİYAHI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda saxta qida və içki məhsullarının dövriyyəsi istehlakçıların sağlamlığı və hüquqlarının qorunması baxımından ciddi müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə tanınmış brendlərin adından və qablaşdırmasından istifadə edilməklə satışa çıxarılan saxta məhsulların bazarda mövcudluğu ilə bağlı vaxtaşırı faktlar aşkarlanır.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları sırasında yerli və xaricdən gətirilən spirtli içkilər xüsusi yer tutur.

Onun sözlərinə görə, spirtli içkilər bazarında ciddi problemlər mövcuddur:

“Yalnız qida məhsullarından danışsaq, ən çox saxtalaşdırılan məhsullar yerli və xaricdən gətirilən spirtli içkilərdir. Araqların saxlanma müddəti 1 ildən artıq deyil, şərabların 6 aydan artıq deyil, konyakların isə 3 ildən artıq deyil. Monitorinq aparsaq görərik ki, araqların 95 faizinin üzərində istehsal tarixi və son istifadə müddəti göstərilmir. Digər məhsullarda da eyni vəziyyət müşahidə olunur. Bu isə o deməkdir ki, vaxtı keçmiş məhsulların satışa çıxarılması mümkündür”.

E.Hüseynov xatırladıb ki, 2019-cu ildə spirtli içkilərin istehsalı üzrə lisenziyaların ləğv edilməsindən sonra bazarda istehsalçıların sayı kəskin artıb:

“2019-cu ildən spirtli içkilərlə bağlı lisenziyalar ləğv olundu. Həmin vaxta qədər cəmi 4-5 araq istehsalçısı var idi. Lisenziyalar ləğv olunandan sonra isə hazırda 90-a yaxın araq istehsalçısı fəaliyyət göstərir. Təəssüf ki, bəzi hallarda mənşəyi məlum olmayan, naməlum mayelərdən araqlar hazırlanaraq satışa çıxarılır”.

Onun sözlərinə görə, uzun illər bazarda fəaliyyət göstərən tanınmış istehsalçılar məhsullarının saxtalaşdırılmaması üçün ciddi xərc çəksələr də, bunun qarşısını tam ala bilmirlər:

“Məsələn, əhalinin rəğbətini qazanmış "Gəncə Şərab" müəssisəsi qablaşdırma materiallarında daim dəyişiklik edir ki, məhsulları saxtalaşdırılmasın. Lakin buna baxmayaraq, həmin məhsulların saxta nümunələrinə yenə də rast gəlinir”.

AİB sədri qeyd edib ki, Azərbaycanda keyfiyyətli şərab istehsalı mövcuddur:

“Azərbaycanda normal şərab istehsalı var. Mən bir neçə il əvvəl yerli istehsal olunan şərablardan birini Fransaya, konfransa gedərkən aparmışdım. Bir ay sonra mənə rəsmi məktub göndərildi ki, həmin şərab qızıl medala layiq görülüb və Fransaya gəlib mükafatı götürməyimi xahiş etdilər. Onlar məni şərab istehsalçısı hesab etmişdilər. Mən isə nə həmin müəssisəni tanıyırdım, nə də gedib mükafatı götürdüm. Bu onu göstərir ki, ölkəmizdə keyfiyyətli məhsullar istehsal olunur. Problem onların saxtalaşdırılmasıdır”.

E.Hüseynov hesab edir ki, hökumətin araqların minimum satış qiymətini müəyyən etməsi problemi aradan qaldırmayıb:

“Bir müddət əvvəl hökumət araqların minimum satış qiymətini müəyyənləşdirdi. Əvvəllər yarım litri 4 manata satılan araqlar vardı. İndi isə həmin qiymət artırılıb. Hesab edirəm ki, bu qərar həm istehlakçıların, həm də normal istehsalçıların ziyanınadır. Əvvəllər istehlakçı ucuz və keyfiyyətsiz araq alırdısa, indi baha qiymətə yenə keyfiyyətsiz araq alır. Düşünürəm ki, bu qərara yenidən baxılmalıdır”.

O nəzərə çatdırıb ki, keyfiyyətli məhsul istehsal edən müəssisələr də öz bazarlarını qorumaq üçün maarifləndirmə işi aparmırlar:

“Təəssüf ki, normal içki istehsal edən müəssisələr bazarlarını qorumaq üçün mediada demək olar ki, heç bir iş aparmırlar. Bu bazar kifayət qədər çirklənmiş sahələrdən biridir. Eyni vəziyyət xaricdən gətirilən spirtli içkilərdə də müşahidə olunur”.

AİB sədri əlavə edib ki, oxşar problemlər qablaşdırılmış içməli su bazarında da mövcuddur:

“Su bazarında da vəziyyət eynidir. Suyu ayırd etmək istehlakçı üçün çox çətindir. Su təbiətin möcüzəsidir - dadı, rəngi, qoxusu yoxdur. İstehlakçı bunu müəyyən edə bilmir. Bir il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi etiket məlumatları ilə məhsulun mənşəyini araşdırdı və bir sıra su istehsalçılarını ifşa etdi”.

Onun sözlərinə görə, yağ, kolbasa və sosiska məhsulları bazarında da saxtalaşdırma halları qalmaqdadır:

“Yağ və kolbasa məhsullarında da problemlər yaşanır. Xüsusilə marketlərdə və digər satış yerlərində etiketsiz satılan kolbasa və sosiskalar təhlükəlidir və saxtalaşdırılmış məhsullar hesab olunur. Təəssüf ki, bu sahədə fəaliyyət göstərən istehsalçılar da bazarlarını qorumaq üçün lazımi iş aparmırlar”.

E.Hüseynov həmçinin vurğulayıb ki, istehlakçıların saxta məhsulu orijinaldan ayırması heç də asan deyil:

“İstehlakçı saxta məhsulu orijinaldan hər zaman ayıra bilmir. Ona görə də məhsul alarkən etiketi diqqətlə oxumaq, tərkibinə baxmaq vacibdir. Kərə yağı alarkən onu sıxmaq olar. Əlinə daha bərk gələn məhsulun kərə yağı olma ehtimalı daha yüksəkdir. Duru yağlarda isə vəziyyət daha mürəkkəbdir və onları ayırd etmək istehlakçı üçün çox çətindir. Bütün hallarda etiketsiz məhsul almaqdan çəkinmək lazımdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri