Icma.az
close
up
RU
Azərbaycanda fəxri ad alan ermənilər

Azərbaycanda fəxri ad alan ermənilər

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Eminquey Akifin "Erməni dəyirmanına su tökmək" adlı yeni yazısını təqdim edir.

“Çörəyi bir olub, ürəyi bir olub, diləyi bir olub ellərimizin,

Kür, Araz, Ararat,

Gözəldir bu həyat.

Qardaş olub Hayastan–Azərbaycan”.


Həəə…

Demək ki, vaxtilə çörəyi, ürəyi, diləyi bir olub ellərimizin. Kür, Araz, Ararat, həyat gözəl, Hayastanla da Azərbaycan qardaş olub. Bu ki heç kimə sirr deyil?!

Axı məlumdur ki, bu “Dostluq” mahnısı ilk dəfə 1956-cı ildə Şövkət Ələkbərovanın ifası ilə tanınıb. Həm də aşikardır ki, sözlərini Zeynal Cabbarzadə, musiqisini isə erməni əsilli Azərbaycan bəstəkarı Andrey Babayev bəstələyib. Və sonuncu dəfə 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdi.

Konserti Ermənistan və Azərbaycan televiziyalarının aparıcıları Asmiq Perçyan, Ülkər Quliyeva idarə etmişdilər. Konsertdə Azərbaycan SSR və Ermənistan SSR dövlət xadimləri iştirak etmiş, konsert Üzeyir Hacıbəyovun "Cəngi" musiqisi ilə başlamış, bunun ardınca Azərbaycan və Ermənistandan olan musiqiçilər –Lütfiyar İmanov, Ofeliya Hambartsumyan, İlhamə Quliyeva, Elmira Rəhimova, Nisə Qasımova, Ruben Matevosyan səhnəyə çıxaraq "Dostluq" mahnısını oxumuşdular.

Düzünə qalsa, bu vikipedik məlumatı insanlara dönə-dönə xatırlatmaq lazımdır. Ona görə ki, o dövrü görənlər bu hadisəni unutmuş, o dövrü görməyən nəsillər isə hadisədən xəbərsizdirlər. Bilmirlər ki, vaxtilə çörəyi, ürəyi, diləyi bir olub ellərimizin. Kür, Araz, Ararat, həyat gözəl, Hayastanla da Azərbaycan qardaş olub.

Ermənistanın azərbaycanlı Xalq və Əməkdar artistləri kimlərdir?

Dirijor və bəstəkar Maestro Niyazi, müğənni Zeynəb Xanlarova, opera müğənnisi Sürəyya Qacar Ermənistanın Xalq artisti, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri Yunis Süleymanov, elə həmin teatrın aktyoru və rejissoru olan Əli Şahbazlı Əməkdar artist adını alıblar. Mübariz Tağıyev də orada yaşayıb-yaradıb və ermənilərin sevdiyi sənətçimiz olub.

Bunları vurğulamaqda məqsədim odur ki, ermənilər qan-qada salana qədər həqiqət bu idi. Yenə deyirəm, çörəyi, ürəyi, diləyi bir olub ellərimizin. Kür, Araz, Ararat, həyat gözəl, Hayastanla da Azərbaycan qardaş olub. Və bu adamların ad alması, birlikdə “Dostluq” mahnısı oxuması təəccüblü hadisə deyil. Ümumiyyətlə, bu, özlüyündə hadisə də deyil axı.

Bəs gözü tərəzi olan xalqımız niyə bunları aqressiya və nifrətlə qarşılayır? Sadaladığım sənətçiləri nə səbəbə topa tuturlar? Nə üçün xain adlandırırlar? Nəyə görə əndişələnirlər? Və açığı, həm də maraqlıdır ki, bu mövzunu niyə ildə bir dəfə gündəmə gətirirlər?

1988-ci ilə qədər olan həqiqətə 2025-ci ildə yeni don biçmək nəyin nəmənəsidir? Axı bu mahnının da, o fəxri adların da üstündən azı iki mərhələ keçib bu ölkə. Qarabağı itirib, otuz il sərhədləri yarımçıq var olub, sonra möhtəşəm bir qələbə qazanıb və artıq beşinci ildir ki, Qarabağ əsl sahibindədir. Lap elə 1987-ci ildəki kimi. Sadəcə, indi çörəyimiz, ürəyimiz, diləyimiz bir deyil, Hayastanla da qardaş deyilik.

İndi qalib bir ölkənin vətəndaşı kimi bu kimi cılız məsələləri gündəm etmək, o sənətçiləri topa tutmaq bizə yaraşırmı?

Gəlin bir sual da mən verim:


Azərbaycanın erməni əsilli Xalq artistləri kimlərdir?


Əvvəla bunu qeyd edim ki, Azərbaycanın ilk Xalq yazıçısı 1858-ci ildə Şamaxıda doğulan erməni əsilli Aleksandr Şirvanzadə olub. O, həm də SSRİ Ermənistanının ilk Xalq yazıçısıdır. (1930)

Aşağıda yazacağım adlar hamısı Azərbaycanın erməni əsilli Xalq artistləridir.

Vaqram Homeroviç Papazyan. 6 yanvar 1888-ci ildə İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 5 iyun 1968-ci ildə Leninqradda vəfat edib.

Levon Yeramyan. Erməni sovet aktyoru. Azərbaycan SSR Xalq artisti. Tiflisdə Erməni Dram Teatrının yaradıcılarından biri. Bakıda Montin qəbiristanlığında dəfn edilmişdi. İndi həmin qəbiristanlıq yoxdur.

Aleksandr Ovanesyan. 1923–1949-cu illərdə Bakıdakı erməni teatrının aparıcı aktyorlarından olub.

Xoren Ovanesoviç Arutyunyan. 1931–1949-cu illərdə Bakıda erməni dram teatrında, 1949-cu ildən isə Stepanakertdə erməni dövlət dram teatrında çıxış edib.

Tatevik Sazandaryan. 1958-ci ildə SSRİ Ali Sovetinin üzvü olmuş sovet və erməni opera mezzo-soprano ifaçısı. 1937-1961-ci illərdə İrəvan Opera Teatrında solist kimi çıxış edib.

Artaşes Nikolayeviç Arzumanyan. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olub.

Qurgen Mixayloviç Arutyunyan. Hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlayıb. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış edib.

SSRİ Azərbaycanında fəxri ad alan ermənilərin siyahısı Mixail Korqanyan, Taquş Saakyan, Qriqori Sorin, Avak Petrosyan, Tamara Melkumyan, Benik Ovçiyan, Aram Xaçaturyan, Nevton Qriqoryan, Zinavor Gevorkyan, Rafael Qriqoryan, Nairuhi Alaverdyan, Adam Qaribyanla davam edir. Sonuncusu isə 3 dekabr 1982-ci ildə Mikaelyan Mamikon Soqomonoviç olub.

Hətta fikir versəniz, biz daha çox erməniyə fəxri ad vermişik.

İndi nə edək? Bu qədər erməni adını Azərbaycanın SSRİ dövründən necə silək? Buna görə kimi söyək? Yaxud da söyürüksə, Müşfiqi də söyəkmi? Hansı ki, o da Ermənistana şeir həsr edib:

“Sən də köksüm kimi dalğalan, Sevan!
Sən mənə can dedin, can Ermənistan!
Acıqla keçmişə dönüb baxanda,
Sən də mənim kimi oldunmu peşman?
İlk gölələr kimi əzəldən bəri
Ey sərgərdan gəzən zavallı insan!
Mənə ilham verir Dərəçiçəkdə
Bir nəfəs dərib də, bir gül qoparman.
Dağların dumanlı ətəklərində
Gəldikcə işığın, yandıqca çıran,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!"

Söyəkmi ki, 1918-ci il mart hadisələrindən sonra Müşfiq belə bir şeir yazıb?

Sizinlə çətindir, əziz insanlar.

Belə bir məmləkət var ki, orada jurnalist şəhidinin məzarı üstə gedir, girib gül dükanı ilə dava edir ki, qərənfilin dənəsini şəhidə görə ucuz ver, endirim elə. İstədiyini verməyəndə isə bunu çəkib qınaq kimi sosial şəbəkədə paylaşır. Biz bu məmləkətdə yaşayırıq.

Və çoxdan dediyim bir fikir yadıma düşür:

Xalxın gözü tərəzidir və təəssüf ki, tərəzi çəkini, kəmiyyəti göstərir, keyfiyyəti yox…

Hə, göstərin görək, tərəziniz söyüşdən başqa nə deyir?!

Polisə xəbər verməkdən niyə qorxuruq? - Eminquey Akif Taksi kasıbın harasına yaraşır? Xəzəri kim qətlə yetirib?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri