Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər

Qərbi Azərbaycan Xronikası: Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Vəliyev olub.

O, anadan olduğu Çəmbərək rayonunun Toxluca kəndindən söhbət açıb. Bildirib ki, kənd rayon mərkəzindən sonra Çəmbərəkdə ən böyük yaşayış məntəqəsi olub.

Alim söyləyib ki, qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Toxlucanın adı XVIII əsrə aid "İrəvan əyalətinin icmal dəftəri"ndə, XIX əsrə aid statistik məlumatlarda, siyahıyaalmalarda qeyd olunub, onun sakinlərinin sayı barədə ətraflı məlumat verilib. Üç tərəfdən Ocaq, Kirkitli və Çal dağları ilə əhatə olunan Toxluca kəndinin bünövrəsinin İslam sivilizasiyasının Qafqazda təşəkkülü dövründə - VII əsrdə qoyulması da ehtimal edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Toxluca qədim tarixə malik yaşayış məntəqəsidir.

O.Vəliyev ötən əsrin əvvəlindən başlayaraq ermənilərin Qərbi Azərbaycanda soydaşlarımızı dəfələrlə soyqırımı və deportasiyalara məruz qoyduğunu dilə gətirib. Qeyd edib ki, azərbaycanlılara münasibətdə ayrı-seçkilik sovet illərində ən müxtəlif formalarda davam etdirilib. Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu əllərindən alıblar. Azərbaycan türklərinə məxsus tarixi abidələrin, o cümlədən qədim alban məbədlərinin ermənilər tərəfindən özününküləşdirilməsi adi hal alıb.

O, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına, soydaşlarımızın geriyə qayıtmaq hüququna da toxunub. Vurğulayıb ki, mümkün sülh sazişi Cənubi Qafqazın xilası olacaq. Alimin qənaətincə, qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı bu coğrafiyada əmin-amanlığı, inkişafı təmin edəcək.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Ermənilər Azərbaycanda yaşamaq hüququnu özləri itiriblər"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri