Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Azərbaycanda futbol hakimləri işlərini hansı səviyyədə icra edirlər?

Azərbaycanda futbol hakimləri işlərini hansı səviyyədə icra edirlər?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Anar Həsənov yazır...

Türkiyə futbolunda baş verən hadisələr fonunda Azərbaycanda da eyni olmasa da, ona bənzər hərəkətləri müşahidə etdik. Azərbaycan futbolunu, Misli Premyer Liqasını yaxından izləyənlərə bəllidir ki, söhbət "Turan Tovuz" klubu ilə AFFA arasındakı intriqadan gedir. Bir tərəf: "Canlı yayım və "VAR" sistemi yoxdur, biz hakimlərə güvənmirik", - dedi. Digər tərəf isə: "Deyilən mövzu ilə bağlı sübutları təqdim edin, əks halda cəzalanacaqsınız", - dedi. Təbii ki, "Turan Tovuz" klubu dəlillər olmadığından federasiya tərəfindən 20 min manat məbləğində cərimələndi. Daha əvvəllər Azərbaycan futbolunda bu kimi hallar baş verməmişdi.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü, Talant və Mentor Proqramının rəhbəri, Byörn Kuypersin seminarından sonra jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayının artırılması üçün işlər görməyə davam etmək lazımdır: "Kəmiyyətə yox, keyfiyyətə önəm vermək lazımdır. Hazırda futbol üzrə cəmi 3 beynəlxalq dərəcəli referimiz var. Digər hakimlərimiz daha çox təcrübə proqramı keçməlidirlər. 8 aydır Bakıdayam. O zamandan bəri hər zaman Azərbaycan hakimləri üçün təcrübəli mütəxəssislər tərəfindən keçirilən seminarların faydalı olacağını söyləyirdim. Klublar anlamalıdırlar ki, "VAR" sistemi futbolda ədaləti qorumaq üçündür. Əslində bu sistem oyunda baş verən hər epizoda müdaxilə edə bilməz. Hakim qərarında qətidirsə, "VAR"a baxmağa ehtiyac duymursa, mövzu bitir. Daha sonra isə hakimin bu qərarı müzakirə olunur, doğru və ya yanlış olunması ilə bağlı mövzu ictimaiyyətə çatdırılır. Təbii ki, mənfi qərarlar hakimlərin reytinq xalına da təsir edir".

"Qalatasaray" - "Fənərbağça" matçında əcnəbi hakimin olması, oranın futbol rüzgarının bizə təsiri, bizdə isə bəzən yerli hakimlərin çıxışlarının bəyənilməməsi, lakin, əcnəbi hakimlərin dəvət olunmaması mövzusu ilə bağlı idman jurnalistlərinin də fikirlərini öyrənməyə çalışdım.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında idman jurnalisti Rasim Sultanzadə bildirib ki, ölkə futboluna əcnəbi hakimin dəvət olunması federasiyanın gücü ilə bağlıdır.

"Yerli federasiyalar üçün, yerli çempionat oyununa əcnəbi hakimin çağırılması, həmin federasiyaya rəhbərlik edənlərin məsuliyyətli qərarıdır. Çünki burada ölkədəki hakimlərin imici dünya səviyyəsində göstərilir ki, biz öz hakimlərimizə güvənmirik ki, kritik oyunlarda əcnəbilərə üstünlük veririk. Bu işin məsuliyyət tərəfidir ki, bunu hər kəs qəbul edib, belə bir qərarı verə bilməz. Amma "Qalatasaray" və "Fənərbağça" kimi böyük azarkeş kütləsi olan klublar fanatların təzyiqinə güvənərək federasiyalara basqı edib istədikləri qərarı aldıra bilərlər.

Bəs bu niyə Azərbaycanda tətbiq olunmur?

Bu ikinci-üçüncü dərəcəli futbol ölkələrində belə artıq tətbiq olunmur. Çünki belə olan halda bütün dünyaya açıqlamış olursan ki, biz, bu ağır yükü daşıya bilmirik. Türkiyədə əcnəbi hakimin oyun idarə etməsi sadəcə klubların gücü ilə bağlı idi. Bizdə isə əksinə, heç kim AFFA-dan güclü deyil. Yekun qərarı federasiya verir".

Digər idman jurnalisti Təbriz Quliyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, yerli çempionat oyunlarına əcnəbi hakimlərin gəlməsinin tərəfdarı deyil.

"Türkiyə Superliqasındakı "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi xüsusi seçilmişdi. Məhz bu səbəbdən ədalət təmsilçisinin gözəçarpan səhvləri olmadı. Türkiyə Superliqasının bütün matçlarını əcnəbi referilərə versələr, yenə yanlış qərarlar olacaq. İnsan olan yerdə səhvlər qaçılmazdır. Futbolda video köməkçi hakim (VAR) sistemi tətbiq edilsə də, Avropanın Top-5 Liqalarında, avrokuboklar və digər böyük turnirlərdə də səhvlərə rast gəlirik. Əsas odur ki, qərəz olmasın. Həm də xaricdən hakim gətirmək əlavə maliyyə itkisi deməkdir. Ölkəmizdə isə istedadlı hakimlər var. Bizim liqamızda əcnəbi referilərə ehtiyac belə yoxdur. Hamıya bəllidir ki, Yunanıstan çempionatının səviyyəsi Premyer Liqamızdan üstündür. Amma ötən illərdə FIFA referimiz Əliyar Ağayev Yunanıstan Superliqasının və Kubokunun mərkəzi qarşılaşmalarına baş hakim kimi dəvət alırdı. Düzgün iş qurulsa, ən azından Əliyar Ağayev kimi bir neçə hakim yetişdirmək olar. Ə.Ağayev müsahibələrinin birində idarə etdikləri oyunların səviyyəsinə əsasən, Azərbaycan hakimliyinin ölkə futbolundan hazırda güclü olduğunu söyləmişdi. Həqiqətən də belədir. Son iki mövsüm Çempionlar Liqasının qrup və Liqa mərhələsində ədalət təmsilçilərimizi görə bilirik. Premyer Liqamızda matçlara öz hakimlərimiz təyinat alsınlar, amma əvvəl də dediyimiz kimi təki qərəz olmasın".

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən idman jurnalisti Mirbağırağa Cabbarlı isə bildirib ki, Azərbaycanda keçirilən görüşləri əcnəbi hakimlərə tapşırsaq, itirəcəyimiz çox şey olacaq.

"Təbii ki, biz inkişaf etmək istəyiriksə, xarici mütəxəssislərin təcrübəsinə, işinə, köməyinə ehtiyac duya bilərik. Amma mən həmişə düşünürəm ki, futbol bizim kimi ölkələrdə spesifikdir. Bizə elə özümüzdən başqa heç kim kömək edə bilməz. Əcnəbi hakimləri nə edirik ki? Çox nüanslar var. Onda bütün mövsümü əcnəbi hakimlərə tapşıraq. Yaxud da, bütün matçlarımızı xarici hakimlərə tapşırdıq, nə olacaq, nə qazanacağıq ki? Amma itirəcəyimiz çox şey olacaq.

"Qalatasaray" - "Fənərbaxça" oyununu deyirsiniz, əslində Slavko Vinçiç çox səviyyəli oyun idarə etdi. Penalti epizodlarına gəlincə, Milan Şkrinyarın Viktor Osimhenlə epizodu, bir də Oğuz Aydının topu uzaqlaşdırarkən əlinə dəyməsi epizodları var. O epizodların heç birində penalti yox idi. Böyük oyunlar elədir ki, rəqib gərək çox ciddi zərbə yetirsin ki, penati verəsən. Bu cür oyunlarda çox ucuz penalti vermək olmaz. Vinçiç dünya səviyyəli hakimdir. Əminəm ki, o, oyuna gələndə hər iki komandanın futbolçularını araşdırıb, analiz edib gəlir. Üstəlik, Türkiyə futbolu daim izlənilir, diqqət orada olur. Amma Azərbaycan futbolunda bunun təkrarlanmasını istəməzdim. Türkiyə futbolunda qalmaqallar, hər epizoda görə söz-söhbətlər çoxdur. Bəzən hakimlər buna səbəbkar olur, bəzən isə klubların özlərinin addımı olur.

Türkiyə futboluna dəb halına çevrilən bir şeydir. Biz bunu Azərbaycan futboluna proyeksiya edə bilmərik. Birincisi ona görə ki, Azərbaycana gələn hakim azərbaycanlı futbolçunu tanımır. Heç bura gələcək əcnəbi hakim legionerləri belə tanımır. O, oyunçuya bələd deyil. Bələd olmadığı, tanımadığı futbolçunun oyununu idarə etməsi çətin məsələdir. Ola bilsin ki, futbolçulara yuxarıdan-aşağı baxacaq, dominantlığını göstərmək üçün oyunun ipini əlindən buraxsın. Ən əsası və əsas sual, niyə Azərbaycan çempionatının oyununu əcnəbi hakim idarə etsin ki? Hansısa bir oyunu əcnəbi hakim idarə edirsə, bu, digər matçlara, digər rəqiblərə qarşı hörmətsizlik, ayrı-seçkilikdir. Kubokun final görüşü olsa, anlamaq olar. Yoxsa, mövsüm gedir, liqa davam edir, əcnəbi hakimin liqa oyunlarımızda nə işi var ki? Üstəlik, dövlət AFFA üçün, AFFA da hakimlər üçün şərait yaradır, büdcə var, hakimlər yetişdirmək lazımdır.

Bu mövsüm hakimlərimizin səviyyəsinin aşağı olduğunu düşünmürəm. Yeni hakimlər, gənclər az deyil. Zamanla daha yaxşı ola bilər. "Qarabağ" - "Neftçi" matçında Rəvan Həmzəzadənin idarəçiliyi əla idi. Onun idarəçiliyi haqda heç kim pis söz də demədi. Çünki adam əla oyun idarə etdi, gördüyünü verdi, oyunun tempini "öldürmədi". "Sabah" - "Turan Tovuz" görüşündəki epizod var, daha çox o oyundan narazılıq oldu. Biz elə asan yola qaçırıq. Nə olursa, dərhal əcnəbi. Niyə əcnəbi? Düzdür, hakimlər də özlərinə daha çox diqqət etməli, oyunlardakı qərarlarını analiz etməli və daha da inkişaf etməlidirlər. Biz ancaq özümüzü inkişaf etdirməliyik. Mütləq şəkildə. Hakimlik isə daim mübahisəyə açıq olacaq. Bəzən elə epizodlara reaksiyalar çox aşırı olur. Baxırsan ki, əslində heç nə yox imiş, asan və doğru qərar imiş.

Azərbaycan çempionatına əcnəbi hakim lazım deyil. Əliyar Ağayev Yunanıstan Superliqasında, avrokuboklarda normal da oyun idarə edir. Bəzən yersiz ajiotajlar yaranır. Yersiz atmacalar da lazım deyil. Hakimlik səviyyəsinə görə, bəlkə bizim liqa Türkiyə Superliqasından daha yaxşıdır. Bizim futbolumuza investorlar pul buraxsa, Azərbaycan Premyer Liqası Türkiyə çempionatını da üstələyə bilər. Məncə, biz Türkiyə futbolunu prioritet götürməməliyik. Türkiyə futboluna görə Azərbaycan futbolunun nəbzini tutmaq düzgün deyil. Bizim futbolumuz Avropayönümlü olmalıdır. Türkiyə klubu maksimum "AZ Alkmaar"dan 4 qol buraxrır. Bizim hakimlər bu mövsüm normal da oyun idarə edib. Səhv olmalıdır da. Elə turnir göstərin ki, orada səhv olmasın".

Səsləndirilən fikirlərdən də bəlli olur ki, Türkiyə futbolunun əsən rüzgarını Azərbaycana gətirməməliyik. Hakimlərimiz bəzi oyunlarda yanlış qərarlar verirlərsə, bu onların səviyyəsinin aşağı olduğu mənasını daşımır. Meydanda 22 nəfər hərəkət edir, oyunu isə stadionda olan dörd hakim idarə edir. Baş hakim isə yalnız topun olduğu epizodları incələyir və yekunda qərar verir. Belə olan halda yanlış qərarın verilməsi isə təbii haldır. Amma, hər yanlış qərarın nəticəsini, oyun alqı-satqısına, "rəqibi çempion etməyə çalışırlar" qənaətinə gətirib çıxarmaq doğru deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri