Icma.az
close
up
RU
Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim donur?

Hansı xəstəliklər zamanı əllər və ayaqlar daim donur?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əgər insanın əlləri və ayaqları daim donursa, bu, ciddi xəstəliyin əlaməti ola bilər. Onlar arasında anemiya, ürək və ağciyər xəstəlikləri də var".

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt, kardioloq və tibb elmləri doktoru Andrey Kondraxin "RT" nəşrinə müsahibəsində danışıb.

Bəzi hallarda isə əllərin və ayaqların donması fizioloji norma hesab edilir.

Andrey Kondraxin bildirib ki, bu, xüsusilə, qadınlarda daha çox müşahidə olunur, çünki onların bədəni istiliyi daha sürətlə itirir, kişilərdə isə daha çox əzələ kütləsi olur. Bundan əlavə, bu hal yeni doğulmuş körpələrdə, yavaş metabolizmə və qan dövranı pozuntusuna malik yaşlı insanlarda da tez-tez rast gəlinir.

Lakin əgər heç bir fizioloji səbəb yoxdursa və problem davam edirsə, bu, ciddi xəstəliyin əlaməti ola bilər. Xüsusilə anemiya, xroniki ürək çatışmazlığı və ağciyər xəstəlikləri zamanı əllər və ayaqlar daim dona bilər. Bundan əlavə, həkimlər qeyd edirlər ki, zəhərlənmə və ya don vurması da belə problemlərə səbəb ola bilər.

Simptomları yüngülləşdirmək üçün Andrey Kondraxin isti və geniş paltar və ayaqqabı geyinməyi, ayaqları sıxmayan yun corablar və keçə çəkmələr seçməyi, həmçinin isti içkilər içməyi tövsiyə edib.

Həkim izah edib:

"İsti çay və bulyon içmək vəziyyəti yaxşılaşdırır, çünki qidanın dinamik təsiri var. Aldığımız istilik orqanizm boyunca paylanır".

O həmçinin qolsuz və ya qızdırıcı gödəkçə geyinməyi tövsiyə edib. Belə paltarlar orqanizmi isidir, artıq istiliyi isə bədən özü ətraflara yönəldir.

Lakin həkimin vurğuladığı kimi, əgər problem xəstəlikdən qaynaqlanırsa, ilk növbədə elə xəstəlik müalicə olunmalıdır.

Qeyd edək ki, damar aterosklerozu da əllər və ayaqların donmasına səbəb ola bilər. Bu xəstəlik nəticəsində aşağı ətraflarda qan dövranı pozulur, arteriyalar daralır və ətraflara qan axını yavaşlayır. Risk qrupuna ürək-damar xəstəlikləri, lipid mübadiləsi pozğunluğu olan yaşlı insanlar və şəkərli diabet xəstələri daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2026 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri