Icma.az
close
up
RU
Azərbaycanda futbol mərclərinin monopolistləri: “Misli”, “Topaz” və ya Rövşən Nəcəfin təhdidi...

Azərbaycanda futbol mərclərinin monopolistləri: “Misli”, “Topaz” və ya Rövşən Nəcəfin təhdidi...

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Aprelin 11-də AFFA-nın hesabat yığıncağında çox maraqlı və hətta cinayət mövzulu qalmaqal yaşanıb.

Mia.az Poliqon-a istiandla xəbər verir ki, AFFA-nın yığıncağında danışılmış oyunlarla bağlı məsələ müzakirəyə çıxarılıb. Bəzi iştirakçılar danışılmış oyunlardan və mərclırdən narahatlıqlarını ifadə ediblər və bundan sonra AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev klublardan xahiş edib ki, danışılmış oyunlara və mərcləri nəzarətdə saxlasınlar.

Sərxan Hacıyevin klublara belə qəribə xahişlə müraciət etməsi isə AFFA prezidenti Rövşən Nəcəfin xoşuna gəlməyib və AFFA prezidenti replika ilə çıxış edərək bildirib ki, danışılmış oyunlara getməməyi xahiş yox, tələb etmək lazımdır.

Doğrudan da Rövşən Nəcəfin bu replikası yerində səslənib və bəlkə də bu replika səslənməsəydi, AFFA rəsmisinin bu xahişi rəzalət kimi tarixə düşəcəkdi. Çünki danışılmış oyunların cinayət xarakteri daşıdığını nəzərə alarsaq, Sərxan Hacıyevin xahişi heç də yerinə düşmür. Belə çıxır ki, cinayət edən tərəfdən elədikləri cinayətləri nəzarətdə saxlamağı xahiş olunur və bu da absurddur.

Xatırladaq ki, AFFA-da danışılmış oyunların müzakirəyə çıxarılması da təsadüfi deyil. Məsələ ondadır ki, Primyer Liqa və mərclər UEFA-nın nəzarətində olduğuna görə, Azərbaycan Primyer Liqasında danışılmış oyunların “nəzarətdə saxlanılması” da artıq problemə çevrilib və AFFA-da cidanı çuvalda gizlətmək üçün hərəkətə keçib...

Qeyd edək ki, elə ötən həftə keçirilən oyunlarda 3 matçda oyunların danışıldığı açıq şəkildə hiss olundu. Onlardan biri “Turan Toviz”la “Sabah” arasındaa keçirilmiş oyun oldu. Birinci hissədə “Turan” “Sabah”a uduzsa da, hakim fasilədə “Sabah”ın futbolçusuna qırmızı vərəqə göstərib və ikinci hissədə “Turan Tovuz” 2-1 qalib gəlib. İkinci oyun “Sumqayıt”la “Şamaxı” kubları arasında keçirilən oyundur ki, “Sumqayıt” birinci hissə 1-0 üstünlüklə başa vursa da, ikinci hissədə isə “Şamaxı” iki qol vurub. Üçüncü danışılmış oyun isə “Neftçi” və “Zirə” arasında baş tutub. “Neftçi” birinci hissədə 2-0 öndə olsa da, matç 4-2 hesabı ilə “Zirə”nin xeyrinə bitib. Qeyd edək ki, bu üç oyunda “drob” əmsallar 60 mindən artıq olub və bu da dələduzluğun səviyyəsini açıq şəkildə göstərir.

Maraqlıdır ki, bir çox AFFA rəsmiləri bu tip cinayət xarakterli dələduzluqlara qarşı mübarizə aparmır, sadəcə danışılmış oyunları “nəzarətdə saxlamağa” çalışır. Bu da AFFA-nın vitse-prezidenti Sərxan Hacıyevin “xahişində” özünü təsdiq edir. Bu günə qədər AFFA-nın tarixində hansısa danışılmış oyunun araıdırılması ilə bağlı heç bir nümunə də yoxdur...

İşin daha maraqlı tərəfi isə odur ki, danışılmış oyunları kim idarə edir?

Açığı, dələduzluğun mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyini nəzərə alarsaq, ilk baxışda bunu edə biləcək iki qurum diqqəti cəlb edir. Onlardan biri elə AFFA-nın özü, digəri isə “Misli”dir. Ya da danışılmış oyunları AFFA “Misli” ilə birlikdə idarə edir...

Xatırladaq ki, “Milsi” və “Topaz” Azərbaycanda futbol mərclərinin rəsmi və monopolist dileri kimi çıxış edirlər və əslində bu iki mərc kontoru da bir əldən idarə olunur.

“Misli” həmçinin Azərbaycan primyerliqasının rəsmi sponsorudur və “Misli”nin sponsorluğu AFFA-nın hesabatında da keçir ki, bu barədə ikinci yazımızda...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Aprel 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri