Icma.az
close
up
RU
Rövşən Nəcəfin yola verdiyi bir il

Rövşən Nəcəfin yola verdiyi bir il

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın 2 aprel 2024-cü ildəki Hesabat-Seçki konfransında quruma yeni prezident Rövşən Nəcəfin seçildiyi rəsmiləşdi. Həm də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti olan Rövşən bəyin ötən gün AFFA rəhbəri kimi 1 ili tamam oldu. 

Tam bir il bundan öncə Rövnəq Abdullayev posutunu “kral öldü, yaşasın yeni kral” cümlələri ilə Rövşən bəyə həvalə etdi. 30 illik imperiyanın ardından quruma yeni nəfəsin gəlişi ilə ölkə futbolunda ciddi islahatların olacağı gözlənilsə də, bir-iki məqamı çıxmaqla müsbətə doğru dəyişən demək olar ki, heç nə olmadı.

Məhz yeni rəhbərliyin dönəmində atılan addımlardan sonra ölkə futbolunda tərəqqi hiss olunmadı. Bəlli problemlərin həlli yolunda atılan addımlar, onun kökündən dəyişdirmək cəhdləri uğurla başa çatmadı. Bəlkə də illərdi yığılıb qalan problemlərin həlli 1 il ərzində mümkünsüz görünür. Lakin hər zaman mətbuatda uşaq futbolu, infrastrukturla bağlı yazılan və saymaqla bitməyəcək bu kimi çatışmazlıqları qismən də olsa yoluna qoymaq üçün 365 gün də yetərli idi. Ancaq edə bilmədilər və ya etməkdə maraqlı olmadılar.

Daha sonra günü-günə satmaqla strategiya planı yazdırıldı. Özü də Belçikanın hər hansısa bir şirkətinə. Təbii ki, yenə milyonlar xərcləyərək…  Strategiya planının icrası isə yubanmaqdadı. Nəyi və ya kimi gözləyirlər, bu da ayrı bir sualın mövzusudu. 

Yadınızdadırsa 2005-ci il oktyabrın 10-da ölkə prezidenti İlham Əliyev 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamdan irəli gələn öhdəlikləri AFFA doğru-düzgün yerinə yetirmədi. Nəticədə dövlət proqramında seçilən istiqamətlər üzrə əldə olunan nəticələr fiasko ilə nəticələndi. Ortada isə havaya sovrulan dövlətin milyonları oldu.

Ölkə futbolunun potensialı daha böyük uğurlar qazanmağa imkan verir. Bunun üçün ciddi cəhdlər, çabalar gərəkir. Dövlətdən ayrılan imkanlar doğru istiqamətə sərf edilsə, hər sahəyə işini bilən kəslər təyin olunsa, mütləq ki  Azərbaycan futbolu bunun faydasını görəcək.

Lakin acı reallıq ondan ibarətdir ki, hazırki rəhbərliyin də atdığı addımlar gələcəyə nikbin baxmağa əsas vermir. Proses çox ləng gedir və ortada ümidverici heç nə yoxdu. AFFA məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə vermək imkanlarından yararlanmaqda, ölkədə futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atmaqda maraqlı olarsa, mütləq ki, bunun nəticəsi müsbət olacaq.

İdmanxeber.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 04 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri