Icma.az
close
up
RU
Rövşən Nəcəfin futbolumuza qeyri ciddi yanaşmasının göstəricisi

Rövşən Nəcəfin futbolumuza qeyri ciddi yanaşmasının göstəricisi

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Rövnəq Abdullayevin AFFA rəhbərliyindən getməsi və Rövşən Nəcəfin AFFA prezidenti seçilməsi ilə Azərbaycan futbolunun biabırçı vəziyyətdən qurulacağına inamımız yaranmışdı. Rövşən Nəcəfin təyinatından sonra, şəxsimdə çox ümidli idim və təyinata görə Rövşən Nəcəfi təbrik də etmişdim.
Futbolumuzun utancverici vəziyyəti barədə mən də daxil olmaqla çox yazmışıq, çox demişik, ancaq dəyişən heç nə yoxdur. Daha doğrusu dəyişiliklər var, ancaq pisə və pisin dərinləşməsinə doğru.
Azərbaycanda artıq aksioma formasını almış bir deyim var ki, qurumlara yeni gələn rəhbərlər öz bacarıqsızlığı ilə özündən əvvəlkilərə rəhmət oxutdurur. Yazıq Rövnəq, yazıq De-Byazi biz də sizin üstünüzə düşüb, ora-bura dartışdırlrdıq. Allah sizin ölənlərimizə rəhmət eləsin.
Son Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA icrayə komitəsinin iclası heç AFFA - nın öz binasında deyil, SOCAR -ın inzibati binasında keçirilib. Bu faktın özü də Rövşən Nəcəfin də futbolumuza qeyri-ciddi yanaşmasının göstəricisidir.
Artıq Azərbaycan futbolunun acınacaqlı vəziyyət yoxdir, "koma"dadır. Əlbəttə ku, biz futbol ekspertləri deyilik, amma izn verin futbolymuzu özünüzdən və özümüz düzəldək. Necə ki, Qarabağımızı heç kim yox, özümüz azad etdik. Nə çətin məsələdir ki, futbolumuza əsl mütəxəssislər cəlb etmək, təkcə icrayə komitəsinin tərkibi onu göstərir ki, bəli bu şəxslərin futbola bağlılığı var, amma futbolun bu şəxslərə aidiyyəti yoxdur.
AFFA rəhbərliyi, İcrayə Kömitəsi tam tərkibdə istefaya getməlidir, təəssüf ki, bizdə istifadə mədəniyyəti də heç yoxdur.
AFFA rəhbərliyinə ancaq futboldan çıxan, İcrayə Komitəsinə əsl futbol mütəxəssisləri, adları qalmaqalı olmayan və sözünü çəkinmədən deyə bilən nüfuzlu şəxslər cəlb edilməlidir. Əlbəttə ki, vəziyəti kökündən heç bir ilə də dəyişmək mümkün deyil, ancaq ilk növbədə ödənişsiz uşaq futbol məktəbləri, qrupkarı yaradılmalı, stadionlardan istifadə əlçatan olmalı, istedadlı uşaqların axtarılması, futbola cəlb edilməsi sustemləşdirilməlidir. Futbolda tanışlıq, yuxarıdan tapşırıqlar yox edilməlidir.
Martin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul etmişdi. Görüşdən sonra Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənəd imzalanlb. Sözsüz ki, bu hadisə Azərbaycan Futbolunda katalizator rolunu oynaya bilər, ancaq bu işə də futbolun aid olmadığı adamların qarışması olmasa.
Vüqar Dadaşov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri