Icma.az
close
up
RU
Rövşən Nəcəfin fərasətsiz komandası

Rövşən Nəcəfin fərasətsiz komandası

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

Azərbaycan futbolunun idarəetmə modeli uzun müddətdir tənqidlərin mərkəzindədir. Əsas problemlərdən biri şəffaflığın olmaması və qərarların qapalı dairələrdə qəbul edilməsidir. Deyəsən, AFFA-nın idarəetmə sistemində şəxsi əlaqələr peşəkarlıqdan üstün tutulur. Vəzifələrə təyinatlar “tanışlıq dairəsi” çərçivəsində həyata keçirilir. Bu, yalnız idarəetmə səviyyəsində problemlər yaratmır, həm də Azərbaycan futbolunu dayanıqlı inkişafdan məhrum edir. 

Maliyyə məsələlərində də ciddi çatışmazlıqlar mövcuddur. Dövlət tərəfindən bu sahəyə ayrılan vəsaitin futbolumuza ciddi faydaları görünmür. AFFA rəhbərliyi vəzifəyə gələndə infrastruktur və uşaq futbolunun inkişafının diqqət mərkəzində olacağını  vəd edilmişdi. Amma ortada heç nə yoxdur.

Milyonlarla vəsait qarşılığında yazdırılan strategiya planı isə nədənsə işə düşmür. Heç planın necə işləyəcəyi, hardan başlanacağı barədə AFFA rəhbərliyinin məlumatı yoxdur. Bu gün qonşu ölkələrdə futbola rəhbərlik edənlər bizdən daha az büdcə ilə möhtəşəm işlər görürlər, ölkələri xidmət edirlər. Bizim AFFA rəhbərliyi isə susur. Əlində milyonlarla pul olmasına rəğmən, ortaya iş çıxara bilmir.

Qurumun prezidenti Rövşən Nəcəf, vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcuılayev və eləcə də digər cavabdeh şəxslər haradasınız? Məhv olmaq üzrə olan Azərbaycan futboluna nə vaxt xidmət edəcəksiniz? Adıçəkilən şəxslərdən Fərəcculayev xaric, digərləri bir ildən artıqdır ancaq maaş alırlar. Bəs aldığınızın qarşılığını niyə vermirsiniz? Bu vəzifəyə hansı məqsədlə gəldiyiniz artıq bizdə ciddi şübhələr doğurur. Vaxt keçirmək, maaş almaq, yola vermək üçün başqa sahə tapmadınız?

Azərbaycan futbolunun kifayət qədər böyük problemləri var. Bizə o problemlərin ətrafında özünə şərait quran adamlar yox, bu sahəyə canı yanan, bu ölkənin yeniyetmələrinə, gənclərinə xidmət edənlər lazımdır. Bu, sizin bacaracağınız işə bənzəmir. Artıq sizin üçün bardak dolub. Əmin olun ki, ilk fürsətdə azarkeşlər və Azərbaycan futbolunun qayğısına qalan mütəxəssislər itirilən bu zamanın hesabını sizdən soruşacaq. Susmağınız, kənara çəkilməyiniz sizi xilas etmir, tam əksinə hər gün daha geriyə gedib səbr kasasını doldurursunuz.

Həsən Quluzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 09 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri