Icma.az
close
up
RU
Üç rənglə ifadə olunan dövlətçilik ŞƏRH

Üç rənglə ifadə olunan dövlətçilik ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müstəqil və inkişaf etməkdə davam edən dövlətin tarixini bəzən salnamələrdən, bəzən insanların yaddaşından, bəzən də bir rəmzin taleyindən oxumaq mümkündür. Azərbaycan Respublikasının şanlı bayrağı bu mənada adi dövlət atributu deyil. O, xalqımızın milli azadlıq düşüncəsini, müstəqil yaşamaq iradəsini və dövlətçilik ənənəsinə sədaqətini özündə birləşdirən canlı bir tarixdir. Bu gün biz bayrağımıza baxarkən yalnız üç rəng və rəmzləri görmürük, həmin rənglərin arxasında dayanan mübarizəni, arzuları, ictimai ideyanı və nəsillərdən-nəsillərə ötürülən dövlətçilik ənənələrini də xatırlayırıq.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə üçrəngli bayrağımız dövlət bayrağı elan edildi. Bu qərar xalqımızın öz müqəddəratını müstəqil müəyyən etmək iradəsinin mühüm ifadəsi hesab edilirdi. Cümhuriyyətin ömrü qısa olsa da, onun yaratdığı dövlətçilik irsi zamanın sınağından keçərək bu günümüzə gəlib çatdı. 1920-ci ildə AXC-nin süqutu ilə bayrağımız rəsmi dövlət rəmzi kimi endirildi, lakin xalqın yaddaşından silinmədi. O, müstəqillik arzusunun, siyasi ideyanın və milli kimliyin nişanəsi olaraq yaşamaqda davam etdi.
Lakin tarixin sonrakı mərhələsində üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi qəbul olunması xüsusi əhəmiyyət daşıyır. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında, ulu öndər Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə bu bayraq Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və onun Azərbaycan miqyasında tanınması üçün müraciət olundu. Bu müraciət cavabsız qalmadı. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqlədi. Beləliklə, Cümhuriyyətin yadigarı olan bu rəmz müstəqil dövlətçiliyimizin bərpası yolunda yenidən öz layiqli yerini tutdu və mavi səmaları bəzədi.
Bayrağımızın hər bir rəngi müəyyən məna daşıyır. Mavi rəngli zolaq xalqımızın türk mənşəyinə, qırmızı rəng müasir cəmiyyət qurmaq, inkişaf və demokratik dəyərlərə bağlılıq istəyinə, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizə işarə edir. Qırmızı rəngli zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz bu bütöv kompozisiyanı tamamlayır. Bu mənalar bir-birindən ayrı deyil: onlar Azərbaycan xalqının tarixi köklərini, mənəvi dünyasını və gələcəyə baxışını vahid rəmzdə birləşdirmişdir. Bayrağın dövlət atributu kimi hüquqi statusu Konstitusiyanın 23-cü maddəsində də təsbit olunmuşdur.
Bu gün Dövlət Bayrağı Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix olmaqdan ibarət deyil. Bu gün hər birimizə - atributlara, dövlət rəmzlərinə münasibətimizin mahiyyətini düşünmək imkanı verir. Bayrağa hörmət onu dövlət əhəmiyyətli tədbir və mərasimlərdə ucaltmaqla bitmir, həmin bayrağın təmsil etdiyi dövlətin qanunlarına, dəyərlərinə, vətəndaşlıq məsuliyyətinə hörmətlə davam edir. Dövlət rəmzlərinə ehtiram və hörmət gündəlik davranışımızda, ictimai məsuliyyətimizdə, gördüyümüz işin keyfiyyətində və ölkəmizin nüfuzuna verdiyimiz töhfədə özünü göstərməlidir.
Azərbaycan Respublikasının dövlət bayrağının müstəqillik tariximizdə keçdiyi yol onun xalqımız üçün hansı mənanı daşıdığını aydın göstərir. Bir vaxtlar endirilən bayrağın yenidən ucaldılması, bu gün ölkəmizin şəhər və kəndlərində, dövlət qurumlarında, beynəlxalq tədbirlərdə dalğalanması milli iradənin davamlılığını ifadə etməkdədir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması onun rəmzi mənasını daha da dolğunlaşdırır.
Mənim üçün bayraq həm də gələcək nəsillərə ünvanlanmış önəmli bir çağırış, dəyərli bir mirasdır. Uşaqlarımıza onun tarixini öyrətmək, rənglərinin mənasını izah etmək, dövlət rəmzlərinə sevgi və ehtiram aşılamaq hər birimizin mənəvi borcudur. Çünki Vətənə bağlılıq yalnız sözlə ifadə olunmaqla kifayətlənmir, bu bağlılıq biliklə, zəhmətlə, dürüstlüklə və ölkənin inkişafına məsuliyyətli münasibətlə möhkəmlənir. Uca səmalarda dalğalanan bayrağımızın kölgəsində böyüyən hər bir gənc anlamalıdır ki, müstəqillik böyük tarixi miras olmaqla yanaşı, qorunmalı və inkişaf etdirilməli olan dəyərdir.
9 Noyabr — Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın daim ucalarda dalğalanmasını arzulayıram. Qoy mavi, qırmızı və yaşıl rənglər hər zaman müstəqil Azərbaycanın səmasını bəzəsin, dövlətimizin suverenliyini, xalqımızın birliyini və gələcəyə inamını təcəssüm etdirsin. Bayrağımızın ucalığı dövlətimizin gücü, xalqımızın qüruru və hər birimizin məsuliyyəti ilə yaşasın!

Axundzadə Nurlana Fazil qızı

Nərimanov rayonu 42 saylı körpələr evi-uşaq bağçasının müdiri,

YAP Nərimanov rayon üzrə ƏPT sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri