Azərbaycanda gülməli hadisə Yaşayış məntəqəsini qoyub boş sahəni işıqlandırdılar VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Uzun müddətdir sürücülər və piyadalar ölkədə yol infrastrukturunun vəziyyəti ilə bağlı öz narazılıqlarını bildirirlər. Avtosfer.az-ın sosial şəbəkə hesablarına video göndərən sürücülər yolların işqılandırılmasının ya ümumiyyətlə təmin edilmədiyini, ya da çox zəif təmin edildini bildirirlər.
Ağdam-Bərdə yolunda işıqlandırma qismən təmin olunsa da, heç bir məntiq olmadan yaşayış zonalarında bu məsələ öz həllini tapmır. Belə ki, Şirvanlı kəndi ərazisindən keçən hissəsində yol işıqlandırmır, amma boş sahəyə çıxanda artıq yol işıqlandırılır. Kətəlparaq kəndində də vəziyyət eynidir. Burada da sakinlər günün qaranlıq saatlarında yolun digər tərəfinə keçməyə qorxur.
Sürücülər bildirir ki, dəfələrlə eyni ərazidə qəzalar baş verib. Hacıqabul-Bəhrəmtəpə yolu, eləcə də Beyləqan-İmişli magistralında da eyni hal müşahidə olunur. Vətəndaş videoda yoldakı vəziyyəti izah edərək bildirir ki, işıqlandırma təmin olunmadığı üçün nəqliyyat vasitələrinin bütün işıqları qoşulur, bu da qarşıdan gələn sürücülərə çətinlik yaradır, gözləri qamaşır və qəzalar qaçılmaz olur.
Sərnişin yoldakı işıqlandırmanın vəziyyətini çəkərkən onların qarşısına qaranlığın içindən anidən it çıxır və sükanı qaçırmaq qeyri-mümkün olur. Bu haldan narazılığını bildirən vətəndaş icra hakimiyyətlərinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu məsələyə məsuliyyətsiz yanaşdığını qeyd edir. Sürücülər aidiyyəti qurumların bu problem həll etmədikcə belə qəzaların qaçılmaz olduğunu deyir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Noyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















