Azərbaycanda hansı peşə sahibləri ayda neçə saat işləyir? Siyahı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 140,9 saat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə işçilərin iş saatının miqdarı azalıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,9 saat çox – 141,8 saat olub.
Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahələrin işçiləri ay ərzində orta hesabla 147,7 saat işləyirlər ki, bu da ötən illə müqayisədə 0,6 saat azdır.
Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 133,2 saat işləyiblər və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 saat az olub.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir? Siyahı
22 Fevral 2026 19:11
Azərbaycanda hansı sahələrdə çalışanlar daha çox işləyir? Siyahı
18 Oktyabr 2026 13:57
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? Siyahı
03 İyul 2026 16:30
Azərbaycanda ən yüksək əməkhaqqı hansı sahələrdədir? siyahı
17 Dekabr 2024 23:07
Azərbaycanda banklar avtomobil kreditlərini neçə faizdən verirlər? Siyahı
02 Dekabr 2025 14:25
Baxış sayı:103
Bu xəbər 17 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















