Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Azərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılır?

Azərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılır?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya ölkələrində silahlı qüvvələrdə hərbi xidmət müddəti müxtəlidir.

2020-ci ilin məlumatına görə, Gürcüstanda 18-27 yaş arasında gənclər əsgərliyə cəlb olunur və çağırışçılar 12 ay müddətində xidmət keçir.

İranda 19 yaşı tamam olan hər kəs əsgərliyə cəlb olunur. Hərbi xidmət müddəti 18 ay çəkir. Amma orduya könüllü qəbul 16 yaşdan başlayır. Bu zaman yeniyetmələr “Bəsic” adlanan yarımhərbi birləşmədə xidmət keçə bilər.

Türkiyədə çağırışçılar əsgərliyə 21 yaşında aparılırlar. Məcburi hərbi xidmət 12 ay, ali təhsillilər üçün isə 6 ay təşkil edir. Amma 27 yaşına qədər ölkə sakinləri 18 min lirə qarşılığında (ödənişli əsgərlik) hərbi xidmətə getməmək hüququ qazanır. 

İsraildə hərbi xidmət məcburiyyəti həm kişi, həm də qadınlara aid edilir. Kişilər üçün hərbi xidmət müddəti 3 il, qadnılar üçün isə 2 il təşkil edir. 

Dünyada ən uzun əsgərlik müddəti Şimali Koreyada həyata keçirilir. 25 milyon sakini olan  ölkədə hərbi xidmət müddəti quru qoşunlarında 5-12 il, Hava Hücumundan Müdafiə Qoşunlarında 3-4 il, Hərbi Dəniz Qüvvələrində 5-10 il təşkil edir.

Məcburi şəkildə Rusiyada 18-27 yaş arası kişilər əsgərliyə getməlidir. Ali təhsillilər 12 ay, ali təhsil haqqında diplomu olmayanlar isə 18 ay əsgərlik çəkirlər. Avstriyada da məcburi əsgərlik sistemi mövcudluğunu saxlayır. Ölkədə xidmət cəmi 6 ay davam edir. Cənubi-Şərqi Asiya ölkələrindən Tailandda quru qoşunlarında 2 il və 3 il isə hərbi dəniz qüvvələrinin payına düşür.

Azərbaycanda həqiqi hərbi xidmət müddəti 18 ay, ali təhsillilər üçün 12 ay təşkil edir. Son vaxtlar həqiqi hərbi xidmətin müddətinin azaldılması istiqamətində müzakirələr aparılır.

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən sonra həqiqi hərbi xidmət müddəti azaldıla bilər?

Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov “Cebheinfo.az”-a bildirib ki, həqiqi hərbi xidmətin müddətinin azaldılması, yaxud da çoxaldılması heç zaman Ermənistan faktoru ilə bağlı olmayıb və bundan sonra da olmayacaq:

“Çünki hər bir dövlətin bununla bağlı öz siyasəti var, o cümlədən də Azərbaycan qarşıda qoyulan vəzifələri, hədəfləri nəzərə alır və onun əsasında bu sahə ilə bağlı ölkə maraqlarına uyğun şəkildə optimal bir qərar qəbul edir.

Bildirim ki, ölkəmizdə həqiqi hərbi xidmətin müddətini azaltmaq olar. Burada müəyyən bir şəkildə sabitliyin də rolu ola bilər. Yəni sülh dövrüdür, ciddi bir təhlükələrin olmaması da hansısa bir qərarın qəbul edilməsinə təsir edə bilər. Ancaq bu, əsas faktor deyil. 

İndi Türkiyə modelinə keçidlə bağlı Azərbaycan Prezidenti Ordumuz qarşısında tapşırıq qoyub. Ola bilsin ki, Azərbaycan dövləti Türkiyə modelinə keçidlə bağlı qanunlarda hansısa islahatlar aparsın.

Eyni zamanda, Azərbaycan digər ölkələrin orduya yanaşmalarını, təcrübələri nəzərdən keçirir. O təcrübənin Azərbaycanın maraqlarına nə dərəcədə uyğun olub-olmadığını təhlil edərək, nəticələrinə görə hansısa qərarlar, düzəlişlər qəbul edilə bilər. Ona görə də bu tip məsələlərə kompleks şəkildə yanaşılmalıdır.

Bunun da mərkəzində Azərbaycanın maraqları dayanır. Azərbaycanın maraqları çərçivəsində hansısa qabaqcıl, faydalı qərarlar və düzəlişlər etmək lazımdırsa onu edib, edir və bundan sonra da edəcək”. 

Onun sözlərinə görə, Azərbaycanın müdafiə, təhlükəsizlik məsələləri ancaq Ermənistana bağlı deyil:

“Məhz Azərbaycan dövləti sərhədlərin, eləcə də ərazi bütövlüyünü tam təmin etmək üçün bu sahədə müəyyən qərarlar qəbul edir. Hazırda hərbçilərimizin peşəkarlıq səviyyəsi daha da yüksəldilib. Peşəkar ordu o deməkdir ki, hərbi xidmətə çağırış yaşının yuxarı həddi azalır”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, hazırda ölkəmizdə orta təhsillilər üçün il yarım, ali təhsillilər üçün 1 il hərbi xidmət müddəti optimaldır:

“Bu, gənclərin həm vətən qarşısında hərbi borcunu ödəməsinə, həm də hərbi vərdişlərə yiyələnməsinə imkan verir. Gələcəkdə isə artıq mövcud vəziyyətə uyğun olaraq, digər qərarlar da qəbul edilə bilər. Ancaq bu gün qanunda olan il yarım və 1 il hərbi xidməti tamamilə optimaldır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: hərbi xidmət Şair Ramaldanov Aydın Mirzəzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri