Icma.az
close
up
RU
Azərbaycanda ifşa olunan terror planı: məlumatlar, ehtimallar...

Azərbaycanda ifşa olunan terror planı: məlumatlar, ehtimallar...

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanda dini icmalardan birinin üzvünə qarşı terror aktının qarşısı alınıb. Bu aktı planlaşdıran iki nəfər həbs olunub. Bu haqda bizimyol.info Dövlət Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.

Həbs olunanlardan biri - Aqil Aslanov Gürcüstan vətəndaşıdır. Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olub və "2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb. Həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər".

Gürcüstan vətəndaşı olan azərbaycanlı, narkotik qaçaqmalçılığı, üçüncü ölkənin xüsusi xidmət orqanı əməkdaşları ilə görüş, qarşılıqlı razılıq... Bu informasiyalar özləri çox şey deyir.

Aqil Aslanovu məxfi əməkdaşlığa və terrorçuluğa cəlb edən üçüncü ölkənin adı rəsmi məlumatda çəkilməsə də, bu, böyük ehtimalla İran İslam Respublikasıdır. Belədirsə, qətlinə sifariş verilən icmanın hansı əks dinə mənsub olduğunu da təxmin etmək çətin deyil. Siz də yəqin ki, bu təxminləri bölüşürsünüz.

Niyə dərhal ağlımıza gələn ölkə İran oldu? Çünki İran Gürcüstanda yaşayan azərbaycanlılar arasında çox aktiv iş aparır. Gürcüstandakı məscidlərə İran kəşfiyyatının mollaları yol tapıb, Borçalı türklərinin beynini necə lazımdırsa, yuyurlar.

Bu, Mixeil Saakaşvili dövründə başlamış prosesdir, sonrakı dönəmlərdə də bu, davam etmişdi. Xüsusilə, Fransa casusu Salome Zurabişvili xarici işlər naziri və prezident olduğu dövrdə, Borçalı müsəlmanlarının (məzhəb fərqindən asılı olmayaraq hamısının) "fars islamı" modelinə köklənməsində xüsusi canfəşanlıq etmişdi.

Mən bu barədə - İranın Gürcüstan və Şimali Qafqaz müsəlmanları arasında xüsusi və genişmiqyaslı iş apardığı haqda dəfələrlə yazmışam. Azərbaycanın Rusiyaya yolu Şimali Qafqazdan keçir, Qərbə yolu Gürcüstanda keçir. Gürcüstandakı Azərbaycan diasporunun bölgədə sabitlik və təhlükəsizlik üçün nə qədər önəmli olduğunu ən azı ötən ilin 26 oktyabrında Gürcüstanda keçirilmiş seçkilərdə gördük. Gürcüstanda yaşayan türk toplumu düzgün seçim edərək öz ölkəsinə sahib çıxdı. Gürcüstanda xarici təsir agenturasının hakimiyyətə gəlməsi deyil, müstəqil siyasi xətt yürüdə bilən siyasi qüvvələrin hakimiyyətdə qalması Azərbaycanın, bütövlükdə bölgənin təhlükəsizlik və inkişaf maraqlarına uyğun idi. Amma Azərbaycan, təbii ki, başqa ölkənin seçkilərinə, daxili işlərinə qarışmır. Bu baxımdan Gürcüstanda yaşayan soydaşlarımızın məsuliyyətli qərarı çox önəmli və təsirli oldu.

Bu, Gürcüstan türklərinin siyasi seçimi idi. Ancaq dini baxımdan seçimin də çox əhəmiyyəti var. Bu ölkənin müsəlmanlarının çoxu İranın təsirinə düşərsə, Azərbaycan üçün əlavə problemlər yarana bilər. Aqil Aslanov nümunəsi də bunu göstərir. Gürcüstan vətəndaşı olan soydaşımız Azərbaycan vətəndaşı olan soydaşını - Ceyhun İsmayılovu üçüncü ölkənin xeyrinə casusluğa, terrorçuluğa cəlb edib, onu öz dövlətinə - Azərbaycan Respublikasına xəyanətə sövq edib. Dini icmalardan birinin üzvünü öldürmək istəyiblər. Deməli, həmin şəxs mənsub olduğu din, dini icma, bu dinə ibadət edən xalq üçün çox vacib bir şəxsiyyət olub. Yoxsa sifarişçilər onun qətli üçün birdən-birə 200 min ABŞ dollarını niyə vəd etsinlər ki?! Burdan məlum olur ki, həmin dini icma təmsilçisinin qətli Azərbaycanda daxili siyasi vəziyyəti çalxalamaq və/və ya Azərbaycanda dini zəmində münaqişə yaratmaq, Azərbaycanla başqa ölkə (yaxud ölkələr) arasında münasibətləri zədələmək, mümkün olsa, pozmaq üçün planlaşdırılıb. Ancaq bu hazırlıq prosesi vaxtında, diqqətlə izlənib və lazım olan anda uğurlu əməliyyatla plan ifşa olunub.

Bu əməliyyat haqqında DTX-nin yaydığı məlumatdan da görünür ki, narkotik qaçaqmalçılığı sıradan bir cinayət deyil. Bu, təkcə ayrı-ayrı adamların, əsasən də gənc insanlarımızın sağlamlığı, həyatı üçün təhlükə yaratmır, həm də bütövlükdə xalqımızın varlığına və burliyinə, dövlətimizin təhlükəsizliyinə ciddi təhdidlər doğurur. Xarici ölkələrin, o cümlədən, qonşuluğumuzda olan məlum dövlətin xüsusi xidmət orqanları Azərbaycan əleyhinə iş aparmaq üçün qurduqları casusluq, terror və təxribat şəbəkələrini, ələ aldıqları və cinayətə sövq etdikləri soydaşlarımızı və vətəndaşlarımızı narkotik qaçaqmalçılığından əldə olunan gəlirlərlə maliyyələşdirir, şirnikləndirirlər.

Belədə narkotiklərə qurşanma, sadəcə, pis vərdiş deyil, həm də pis, çox pis gərdişdir. Bu cür gedişat insanları çox pis sonluğa sürükləyir. Bunun qarşısını almaq dövlətlə yanaşı və bəlkə də daha çox cəmiyyətin öz işi, öz qayğısı olmalıdır. Hətta o naqis "məndən ötdü..." yanaşması da burda işləmir; bu cür düşünənin özünü də xilas etmir. Çünki bu zərbə heç kimdən ötüb heç kimə dəymir; heç kimi seçmir. Hədəf hər kəsdir və hamıdır.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri