Icma.az
close
up
RU
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? “Ehtimallar kifayət qədər...”

Zelenskiyə qarşı çevriliş planı hazırlanır? “Ehtimallar kifayət qədər...”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenskinin Ağ Evdə keçən gərgin görüşündən sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir".

Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, görüşün bu şəkildə başa çatması çox düşündürücüdür:

"Ancaq bunu gözləmək də olardı. Çünki Tramp hakimiyyətə gələndən Zelenskini aşağılayan fikirlər səsləndirirdi. Onu gah "diktator" adlandırır, gah da müharibəni başlatmaqda ittiham edirdi. 

Bütün bunların fonunda sözügedən görüş zamanı belə bir gərgin məqamın yaranacağı gözlənilirdi. Üstəlik, hər iki siyasətçinin çılğın və emosional olduğunu da nəzərə almaq lazımdır. Ancaq görüşün bu şəkildə yarımçıq başa çatacağına da inanmazdım. Lakin bu baş verdi".

Sabiq nazir qeyd edib ki, görüşdə gərginliyin olmasına səbəb Zelenskinin siyasi səriştəsizliyidir:

"Zelenski illərdir Trampı tanıyırdı və onun emosional siyasətçi olduğunu bilirdi. Bu səbəbdən öz davranışlarını ona uyğun şəkildə etməli idi. Həmçinin, Zelenski siyasətçi olaraq ABŞ Prezidenti ilə danışığın düzgün üslubunu tapmalı idi. Lakin o, emosional davrandı. 

Zelenskinin bu hərəkəti Ukrayna üçün hansısa yaxşı nəticələr verməyəcək. Hesab edirəm ki, ABŞ Ukrayna verdiyi bütün yardımları dayandıracaq. Avropa isə bu müharibədə Ukraynanın qələbə qazanması üçün təkbaşına heç nə edə bilməz. Belə bir vəziyyətdə Ukrayna geridönüş etməyə məcbur olacaq".

Fikrət Yusifov Ukraynada hərbi çevriliş olacağı iddialarına da münasibət bildirib:

"Ukraynada hərbi çevrilişin olma ehtimalları kifayət qədər aşağıdır. Bu yaxınlarda Ukrayna Ali Radası yenidən Zelenskini prezident kimi legitimliyini tanıdı. Ona görə də çevriliş iddialarının həqiqəti əks etdirdiyinə inanmıram. 

Həmçinin, hər şeyə rəğmən, Ukrayna hərbçilərinin çevriliş üçün addım atacaqları da gözlənilmir. Əgər Zelenski təslimçi sülh müqaviləsinə imza atsaydı, bu ehtimal gündəmə gələ bilərdi. Lakin indiki halda bunun üçün heç bir əsas yoxdur".

Elmir Mustafa
"Cebheinfo.az"

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri