Azərbaycanda ilk: 2000 dən çox məktəbli yarışacaq FOTOLAR
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyunun 20-də Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət qurumlarının nümayəndələri, tanınmış idmançılar, ictimai xadimlər, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Qeyd olunub ki, Məktəblilərin Respublika İdman Olimpiadası ölkədə ilk dəfə keçirilir. Olimpiadaya 59 şəhər və rayondan 2000-dən çox məktəbli qatılıb.
Açılış mərasimində şəhər və rayonları təmsil edən komandaların paradı təşkil olunub. Parad zamanı hər rayon və şəhərdən neçə məktəblinin iştirak etdiyi elan olunub. Məlum olub ki, ən çox iştirakçı ev sahibi Bakı şəhərinin payına düşür. Ən az iştirakçı ilə təmsil olunan rayon isə Tərtərdir. Bu rayonun komandasında cəmi 1 məktəbli var.
Komandaların paradından sonra tədbirin bədii proqramı təqdim olunub və iştirakçılar üçün konsert təşkil edilib. Daha sonra Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi himni nümayiş etdirilib. Bununla da olimpiadanın rəsmi açılış mərasimi başa çatıb.
Qeyd edək ki, məktəblilər iyunun 21–26-da ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma və sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növlərində qüvvələrini sınayacaqlar.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 20 İyun 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















