Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə “Limitless Drive” layihəsi başladı!

Azərbaycanda ilk dəfə “Limitless Drive” layihəsi başladı!

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycanda ilk dəfə 30 gün, 30 000 km və 7/24 davamlı sürüş testi – "Limitless Drive" layihəsi başladı!

Azərbaycanda avtomobil sənayesində yeni bir layihəyə start verilib. "Limitless Drive" layihəsi çərçivəsində seçilmiş JAECOO J8 modeli 30 gün ərzində, 7/24 rejimində, ümumilikdə 30 000 kilometr məsafə qət edərək davamlı sürüş testindən keçiriləcək.

Layihə çərçivəsində avtomobil Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarını əhatə edən əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə fasiləsiz hərəkətdə olacaq. Test müddətində JAECOO J8-in real istifadə şəraitində yanacaq sərfiyyatı, enerji sərfiyyatı, dözümlülüyü, uzunmüddətli istismara davamlılığı və digər texniki göstəriciləri ictimaiyyətə açıq şəkildə nümayiş etdiriləcək.

"Limitless Drive" layihəsinin əsas məqsədi avtomobilin uzunmüddətli və fasiləsiz istismar şəraitində imkanlarını real yol şəraitində nümayiş etdirmək, eyni zamanda izləyicilərə avtomobilin performansını prosesin bütün mərhələlərində müşahidə etmək imkanı yaratmaqdır.

İzləyicilər də layihənin bir hissəsi olacaq

Layihə yalnız avtomobil testindən ibarət olmayacaq. İzləyicilər layihənin gedişatını sosial media platformaları üzərindən 7/24 izləyə, avtomobilin keçdiyi marşrutu, gündəlik nəticələri və test prosesini real vaxt rejiminə yaxın şəkildə müşahidə edə biləcəklər.

Layihənin bir hissəsi olmaq üçün izləyicilər "Limitless Drive" layihəsinin sosial media hesablarını aktiv şəkildə izləyə bilərlər. Layihə müddətində müxtəlif viktorinalar, interaktiv müsabiqələr və xüsusi aktivliklər təşkil olunacaq, qaliblərə isə layihənin sponsorları tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək.

Mətbuat konfransı keçirilib

"Limitless Drive" layihəsinin rəsmi təqdimatı ilə bağlı bu gün Baku Marriott Hotel Boulevardda mətbuat konfransı keçirilib.

Konfrans zamanı layihənin məqsədləri, formatı, 30 günlük davamlı sürüş testinin əsas mərhələləri və izləyicilərin layihəyə cəlb olunması imkanları media nümayəndələrinə təqdim edilib.

Mətbuat konfransında iMotors şirkətinin direktoru Əli Əhədov, layihənin rəhbəri Kənan Əli və layihənin aparıcısı Egün Xıdırov iştirak ediblər.

Tədbir zamanı layihənin texniki və təşkilati detalları ilə bağlı məlumat verilib, həmçinin "Limitless Drive" çərçivəsində həyata keçiriləcək 30 günlük, 30 000 kilometrlik 7/24 sürüş testinin gedişatı barədə media nümayəndələri məlumatlandırılıb.

"Limitless Drive" – 30 gün. 30 000 km. 7/24.

Layihənin bütün gedişatını sosial media hesablarından izləmək və bu unikal avtomobil sınağının bir hissəsinə çevrilmək mümkündür.

Layihənin rəsmi vep saytı https://limitlessdrive.az/ üzərindən izləyə bilərsiniz.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri