Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı

Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda İran İslam Respublikasının vətəndaşının barəsində olan cinayət işi üzrə qiyabi məhkəmə başlayıb.

Gununsesi.info xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Younes Azərbaycan Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi) maddəsi ilə ittiham elan edilib.

Younesin barəsində Dövlət Gömrük Komitəsinin istintaq idarəsi tərəfindən 30 avqust 2001-ci ildə başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri seçilib. Həmin ilin sentyabrın 26-da iş baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

2001-ci ilin oktyabrın 1-də təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən həmin məhkəmə iclasına gəlməyib.

Biləsuvar rayon Məhkəməsinin 24 oktyabr 2001-ci il tarixli qərarı ilə Younesin barəsində axtarış elan edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Cinayət işi üzrə icraat həmin şəxs tapılanadək dayandırılıb və qərarın icrası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinə tapşırılıb.

Biləsuvar Rayon Polis Şöbəsinin 1 aprel 2002-ci il tarixli məktubundan görünür ki, İran İslam Respublikası vətəndaşı Younesin yaxalanması məqsədi ilə həmin ilin yanvarın 16-da dövlətlərarası axtarış işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılmağa başlanılıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, İran İslam Respublikası vətəndaşı barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçildikdən sonra həmin şəxs dövlət sərhədini qaçaq yolla keçərək, İrana gedib. Hazırda həmin ölkədə pasport qeydiyyatında olmaqla, Ərdəbil-Aslangöz-İmam Xomeyni küçəsində yaşayır.

Həyata keçirilmiş tədbirlər nəticəsində Younesin qaçaq yollarla İran İslam Respublikasına getdiyi müəyyən edilib. Həmin şəxsin İran İslam Respublikasında yaşadığı ünvanı, pasport qeydiyyatında olduğu yeri və gizləndiyi ünvanı müəyyən etmək məqsədi ilə İnterpolun Azərbaycanda olan Milli Mərkəzi Bürosunun rəisinə müraciət edilib, dövlətlərarası müqaviləyə əsasən Younesin yaxalanması üçün İranın müvafiq orqanına məlumat veriləcəyi barədə cavab alınıb.

Lakin İran qanunlarına görə, həmin ölkənin vətəndaşı başqa ölkəyə təhvil verilməsi mümkün olmayıb.

Buna görə də Cinayət-Prosessual Məcəlləsinin 467-12.1-ci maddəsinə görə isə cinayət təqibi üzrə qiyabi icraat həmin fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır.

Həmin məcəllənin 467-13.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda, onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.

Younesin Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnib.

Onun Azərbaycan Respublikasının ərazisindən kənarda məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadığına görə, İran İslam Respublikası vətəndaşının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə qiyabi icraat açılıb.

Məhkəmə hazırlıq iclası bu ilin mayın 22-nə təyin olunub.

Prosesdə Biləsuvar Rayon Məhkəməsində hakim Rəfayil Əliyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, bu ilin əvvəlindən başlanaraq Baş Prokurorluq Azərbaycan hüdudlarından kənarda gizlənən cinayət törətmiş şəxslərin istintaq orqanına gəlmələri, əks halda isə barələrində qiyabi icraatın başlanacağı barədə xəbərdarlıq edilib.

Azərbaycanın Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Elşad Tofiq oğlu Məmmədovu, Qabil Əmrah oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.

Daha sonra isə bloger Orxan Ağayev, bloger İmaməddin Əlimanov, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad İslam oğlu Abdulayev və bloger Orduxan Bəbirov istintaq orqanına dəvət olunublar.(Teleqraf)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 May 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri