Icma.az
close
up
RU
Azərbaycanda illərlə “sionist” axtarışında olan İran əslində özü sionistlərin və “Mossad” agentlərinin yuvasına çevrilib

Azərbaycanda illərlə “sionist” axtarışında olan İran əslində özü sionistlərin və “Mossad” agentlərinin yuvasına çevrilib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlər edir" Bunu İran ali dini rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti İranda səfərdə olan Pakistan daxili işlər naziri Möhsün Nəqəvi ilə görüşündə deyib. “Azərbaycan Əhməd əş-Şara və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”, - o, Azərbaycan Respublikası barədə ənənəvi iddialarını təkrar edib.

Siyasi şərhçi Əli Zülfürqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran daxilində ciddi, ziddiyyətli qruplar var: “SEPAH radikal siyasətin davam etdirilməsi və Azərbaycanla düşmən münasibətinin olmasında maraqlıdır. Məsud Pezeşkian hakimiyyətə gələndən sonra bir sıra istiqamətlərdə islahatlara gedilməsinin vacib olduğunu bildirdi. Xüsusilə, qonşu dövlətlərlə, eyni zamanda Qərblə münasibətlərin kəskinləşməsinin İranın parçalanmasına yol açacağını açıq şəkildə bildirdi. Amma bundan sonra Pezeşkiana qarşı İranda sepaha yaxın mətbuat orqanları tərəfindən qara "pr" və şantaj xarakterli yazılar yer aldı”.

Əli Zülfüqaroğlu

Əli Zülfüqaroğlu qeyd edib ki, SEPAH heç bir halda İranın yeni siyasi kurs yürütməsinə razı olmayacaq: “İran-İsrail müharibəsində biz nəyi müşahidə etdik? SEPAH-ın rəhbər şəxsləri, generallar İran daxilində “Mossad” agentləri tərəfindən müəyyən edilərək öldürüldü və təbii ki, bundan sonra SEPAH-ın təsir imkanlarının müəyyən qədər zəifləməsi müşahidə olundu. İran rəsmiləri və yaxud ruhaniləri bu cür açıq məsuliyyətsiz açıqlamalar verərkən ilk növbədə bu proseslərə nəzər salmalıdırlar. Azərbaycanda illərlə “sionist” axtarışında olan İran əslində özü sionistlərin və “Mossad” agentlərinin yuvasına çevrilib. İran-İsrail arasında müharibə zamanı baş verənlər bunu bir daha təsdiq edir. Hər kəs gözləyirdi ki, bu cür hallardan sonra İran daha məsuliyyətli olacaq. Görünən odur ki, İran ruhaniləri hələ də öz içindəki sionistlərlə, yaxud “Mossad” agentləri ilə mübarizə aparmaq əvəzinə, yenə də qonşu dövlətlərlə və Azərbaycanla düşmən mövqe nümayiş etdirir.

Azərbaycan İsraillə İran arasında müharibənin baş verməməsi və eyni zamanda İranın ciddi problemlərlə üzləşməməsi üçün səy göstərdi, eyni zamanda müxtəlif diplomatik kanallarla bu istiqamətdə fəaliyyət yürütməyə çalışdı. Bu da Azərbaycanın İrana qarşı qonşuluq münasibətindən irəli gələn addımı idi. Əslində İran özünün yürütdüyü siyasətlə parçalanmalara yol açır. İstər məzhəb üzərindən yürüdülən siyasət, istərsə də geosiyasi faktorlarla bağlı Yaxın Şərqdə, müxtəlif dönəmlərdə, xüsusilə Türkiyənin maraqlarına vurulan zərbə və digər amillər bunu deməyə əsas verir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 İyul 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri