Azərbaycanda illik inflyasiyanın tempi 0,3 faiz bəndi yavaşlayıb
Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumatları açıqlayıb.
Marja.az xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4 faiz artıb. Cari ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayına nisbətən 0,3 faiz, 2025-ci ilin oktyabr ayına nisbətən isə 5,2 faiz yüksəlib.

Xatırladaq ki, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 faiz artmışdı. Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,5 faiz yüksəlmişdi.
2026-cı ilin oktyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 6,7 faiz artıb.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozunun qiymətləri bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin oktyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,4 faiz artıb. Oktyabr ayında əvvəlki ayla müqayisədə kəsilmiş taxta, boya, parket üçün lak, mebel və led lampaların qiymətləri bahalaşıb, yuyucu vasitələr və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 4,7 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə geyimlərin kimyəvi təmizlənməsi və ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Noyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















