Ronaldinyo yaşıl meydana qayıdır Tarix açıqlandı
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Braziliya futbolunun əfsanəsi Ronaldinyo 46 yaşında futbol meydanlarına qayıdır.
Bakıvaxtı.az xəbər verir ki, sabiq futbolçu noyabrın 15-də İtaliyanın "Ravenna" klubunun heyətində rəsmi matçda iştirak edəcək.
İtaliyanın üçüncü divizionunda çıxış edən komanda həmin gün öz meydanında "Forli" ilə qarşılaşacaq. Görüş "Bruno Benelli" stadionunda Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
"Ravenna"nın prezidenti İqnatsio Çiprianinin açıqlamasına görə, Ronaldinyo məhz bu derbidə komandanın formasını geyinəcək. Klub da rəsmi kanalları vasitəsilə braziliyalı ulduzun meydana qayıdacağını təsdiqləyib.
Qeyd edək ki, Ronaldinyonun son rəsmi oyunu 2015-ci il sentyabrın 26-da "Fluminense"nin heyətində "Qoyas"a qarşı olub. O, həmin görüşdə fasilədə əvəzlənib. Beləliklə, braziliyalı futbolçu 11 ildən çox müddətdən sonra yenidən rəsmi matçda meydana çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 Noyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















