Icma.az
close
up
RU
“Azərbaycanda informatika təhsilində boşluqlar strateji risklər yaradır” KAMRAN ƏSƏDOV

“Azərbaycanda informatika təhsilində boşluqlar strateji risklər yaradır” KAMRAN ƏSƏDOV

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanda informatika təhsilində müşahidə olunan boşluqlar ölkənin gələcək inkişafı üçün strateji risklərdən biridir. Təhlil göstərir ki, həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində informatika üzrə ixtisaslı müəllimlərin azlığı, proqramların köhnəlməsi və qiymətləndirmə mexanizmlərinin müasir standartlara cavab verməməsi rəqəmsal bacarıqların formalaşmasına ciddi maneə yaradır”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib:

“Halbuki “Təhsil haqqında” Qanunun 14-cü maddəsində açıq şəkildə qeyd olunur ki, tədris proqramları elmin müasir nailiyyətlərinə əsaslanmalı, şagirdlər və tələbələr əmək bazarının tələblərinə uyğun biliklərlə təmin edilməlidirlər.

Statistika problemin miqyasını aydın göstərir. Elm və Təhsil Nazirliyinin 2024-cü il məlumatına görə, ölkə üzrə fəaliyyət göstərən 150 mindən çox müəllimdən cəmi 6 mini informatika ixtisaslıdır və bu, ümumi pedaqoji heyətin yalnız 4 faizini təşkil edir.

Daha narahatedici məqam odur ki, informatika üzrə müəllimlərin böyük qismi paytaxt məktəblərində cəmləşib, bölgələrdə isə bu fənn çox vaxt digər ixtisaslı müəllimlər tərəfindən tədris olunur. Universitetlərdə də vəziyyət ciddi problemlər doğurur: bəzi hallarda tələbələrə informatika fənni əvəzinə fizika və ya riyaziyyat dərsləri tədris edilir, laborator bazaların zəifliyi isə praktiki bacarıqların formalaşmasına imkan vermir”.

Kamran Əsədov vurğulayıb ki, müasir tələblərə cavab verən informatika testlərinin hazırlanması da ayrıca problemdir:

“DİM-in qəbul imtahanlarında informatika üzrə testlər çox zaman 2000-ci illərin metodologiyasına əsaslanır, proqramlaşdırma, süni intellekt, alqoritmlər və kiber təhlükəsizlik kimi sahələrdən isə demək olar ki, suallar daxil edilmir. Rus sektoru üzrə testlərin olmaması isə əlavə ədalətsizlik yaradır. Halbuki “Ümumi təhsil haqqında” Qanunun 5-ci maddəsində dövlətin bütün təhsilalanlara bərabər imkan yaratmaq öhdəliyi vurğulanır.

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə informatika dərsləri yalnız nəzəri biliklərlə məhdudlaşmır, həm də STEM və STEAM yanaşması ilə inteqrasiya olunur. Məsələn, Estoniyada şagirdlər 1-ci sinifdən proqramlaşdırmaya girişlə tanış olur, Koreyada məktəblərin 90 faizində robotexnika laboratoriyaları fəaliyyət göstərir, ABŞ-da isə informatika məktəb proqramlarının əsas sütunlarından biri hesab olunur. Azərbaycan bu modellərlə müqayisədə hələ ənənəvi yanaşmaya üstünlük verir və nəticədə şagirdlər informatikanı həyat bacarığı kimi deyil, yalnız imtahan fənni kimi qəbul edirlər.

Mənfi tərəf odur ki, mövcud vəziyyət şagird və tələbələrin rəqəmsal bacarıqlarını məhdudlaşdırır, əmək bazarında informasiya texnologiyaları üzrə mütəxəssislərin çatışmazlığı daha da artır. Müsbət tərəfi isə budur ki, Elm və Təhsil Nazirliyi son illərdə informatika müəllimlərinin ixtisasartırma proqramlarını genişləndirməyə, yeni dərsliklər hazırlamağa və məktəblərdə kompüter təminatını yaxşılaşdırmağa başlayıb. Xüsusilə “Rəqəmsal bacarıqlar” layihəsi artıq yüzlərlə məktəbi əhatə edir və bu istiqamətdə real irəliləyişlər var. Bu, müsbət addımdır və nazirliyin məsələni prioritet kimi qəbul etdiyini göstərir”.

Ekspert problemlərin həlli üçün bir sıra təkliflər də irəli sürüb:

“Çıxış yolu kimi bir neçə istiqamət aydın görünür: müəllim hazırlığının müasir proqramlarla gücləndirilməsi, ixtisasartırma kurslarının məcburi və davamlı xarakter alması, informatika fənni üzrə testlərin beynəlxalq standartlara (PISA, ICILS) uyğun yenilənməsi, rus sektoru da daxil olmaqla bütün bölmələr üçün vahid qiymətləndirmə sisteminin yaradılması.

Eyni zamanda, universitetlərdə laborator bazaların gücləndirilməsi, məktəblərdə informatikanın yalnız nəzəri yox, praktiki tətbiqlərlə tədrisi vacibdir. Bu addımlar atılarsa, həm müəllim çatışmazlığı aradan qalxar, həm də informatika tədrisi müasir dövrün tələblərinə uyğunlaşdırılar.

Beləliklə, problem təkcə müəllim sayının azlığında deyil, həm də tədris metodologiyası və qiymətləndirmə mexanizmlərinin köhnəlməsindədir”.

Kamran Əsədov əlavə edib ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar təqdir olunmalıdır, lakin daha geniş və sistemli islahatlara ehtiyac var.

“Yalnız bu halda informatika fənni Azərbaycanda XXI əsrin bacarığı kimi tədris olunacaq və gələcək nəsillərin rəqəmsal dünyada rəqabətqabiliyyətli olması təmin ediləcək”-deyə o qeyd edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri