Icma.az
close
up
RU
Kamran Əsədov bunu etiraf etdi

Kamran Əsədov bunu etiraf etdi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cinayət məsuliyyətinə cəlb olunan tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmədə ifadə verən zaman günahkar olduğunu etiraf edib.

Globalinfo.az “bakupost”a istinadən xəbər verir ki, bu barədə məhkəmədə iştirak edən teleoperator Nazim Quliyev bildirib.

“Mən dünəndən bəri bəzi sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovla bağlı gedən müzakirələrə münasibət bildirmək istəyirəm. Gəncə şəhər Məhkəməsində mən də iştirak etmişəm. Həkimin verdiyi suala cavabında o, özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib. Qısası, bu fikrimi niyə yazdım? Dünəndən bəri rəylərə baxıram, bəzi insanlar yazır ki, belə şey olmaz, Kamran müəllimi tanıyırıq. Ancaq insan etdiyi əməli məhkəmədə təsdiqləyir, boynuna alır”, – deyə Nazim Quliyev qeyd edib.

Qeyd edək ki, dünən tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.

Xatırladaq ki, 2014-cü ildə də Kamran Əsədov Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.

Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

O zaman K.Əsəsdov Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri