Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni qayda
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə operator və provayderlər cəlb etməklə yerinə yetiriləcək müvafiq tapşırıqlar verilib.
Belə ki, ölkədə xidmət təchizatçıları tərəfindən şəbəkə və xidmətlərin dayanıqlılığına təhlükə yaradan qəzalar, kütləvi kəsintilər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində normativ hüquqi sənədlərə zəruri əlavələr ediləcək.
Həmçinin, pperator və provayderlərin internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat verilməsini təmin etmək məqsədilə internet informasiya ehtiyatlarında müvafiq məlumatlar yerləşdiriləcək.
Görüləcək işlərin 2026-cı il avqustun 31-dək yekunlaşdırılması planlaşdırılır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Aprel 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















