Icma.az
close
up
RU
Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb.

Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanın sözlərinə görə, həmin vaxt məktub London Metropoliten Polisinə və kral ailəsinin mühafizəsinə cavabdeh quruma göndərilib, daha sonra isə ona təqdim olunub. Hersoginya məktubda atası ilə bağlı ciddi və qorxulu ittihamların yer aldığını, araşdırma aparıldığının bildirildiyini qeyd edib.

“The Sun” nəşrinin məlumatına görə, 2018-ci ildə Britaniya polisinə göndərilən məktubda Tomas Markl uşağa qarşı seksual zorakılıqda ittiham olunub. Sənədin məzmunu indiyədək ictimaiyyətə açıqlanmayıb.

Bildirilib ki, məktubda Tomas Marklın uşaqlara qarşı seksual zorakılıq etmək məqsədilə Filippin və Taylanda səfər etdiyini etiraf etdiyi də iddia olunub. Sənəd kral ailəsinin üzvləri və digər tanınmış şəxslərə yönələn təhdidləri qiymətləndirən Britaniyanın FTAC qurumuna daxil olub.

“People” nəşrinin məlumatına görə, məktubda yer alan ittihamlar təsdiqlənməyib. Hazırda Britaniya polisi sənədin necə ötürüldüyü ilə bağlı daxili yoxlama aparır. Bununla belə, Tomas Markla qarşı Britaniyada cinayət işi üzrə araşdırma aparılmayıb və aparılmır. O, ölkə hüdudlarından kənarda yaşadığı üçün məsələ ilə bağlı ayrıca araşdırma Filippində davam edir.

Tomas Marklın oğlu kiçik Tomas Markl  atasının evində uşaqlara qarşı seksual zorakılıq məzmunlu materiallar aşkar etdiyini iddia edib. Onun sözlərinə görə, Sebu şəhərindəki evdə belə görüntülərin olduğu dörd qutu, eləcə də atasına məxsus sərt disklərdə oxşar məzmunlu fayllar olub. O, gördüklərindən sarsıldığını bildirərək hadisə barədə yerli polisə və ABŞ Federal Təhqiqat Bürosuna (FBI) məlumat verdiyini deyib. Tomas Markl kiçik istintaqa ifadə verməyə hazır olduğunu da açıqlayıb.

Tomas Markl isə ona qarşı irəli sürülən ittihamları rədd edib və bunları yalan adlandırıb. O, oğlunun açıqlamalarından sarsıldığını bildirərək heç vaxt ittiham olunduğu əməlləri törətmədiyini söyləyib.

Tomas Marklın böyük qızı Samanta da atasını müdafiə edib. O, qardaşını böhtan atmaqda ittiham edərək, onun bu açıqlamalar vasitəsilə mediadan qazanc əldə etməyə çalışdığını iddia edib.

Xatırladaq ki, Meqan Markl ilə atası arasındakı münasibətlər 2018-ci ildə şahzadə Harri ilə toyları ərəfəsində kəskin şəkildə pisləşib. Tomas Markl paparatsilər üçün ödənişli fotosessiya təşkil etdikdən sonra yaranan qalmaqal və səhhətindəki problemlər səbəbindən qızının toyunda iştirak etməyib. Daha sonra o, Meqanın jurnalistlərlə ünsiyyətdən çəkinməsi xahişini əks etdirən şəxsi məktubunu “Mail on Sunday” nəşrinə verib. Məktubun dərc olunması məhkəmə mübahisəsinə səbəb olub və Meqan Markl işi qazanıb.

Həmin ilin avqustunda atasına beş səhifəlik məktub yazan Meqan Markl onun davranışlarının qəlbini dərindən yaraladığını bildirib. O vaxtdan bəri ata və qız arasında əlaqə, demək olar ki, kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://axsam.az
archiveBu xəbər 24 Oktyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri