Icma.az
close
up
RU
Azərbaycanda internet tam kəsiləcək?

Azərbaycanda internet tam kəsiləcək?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən ölkə ərazisində internetlə bağlı ciddi problemlər yaşandı.

Problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilirdi. Bəzi istifadəçilər sosial şəbəkələrə qismən daxil ola bilsələr də, digərləri internet resurslarına çıxış əldə edə bilmirdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, yaranmış problemlər ölkənin əsas magistral internet provayderlərindən biri olan “Delta Telekom”-a qarşı həyata keçirilmiş DDoS tipli kiberhücum nəticəsində yaranıb. Nazirlik bildirib ki, internet xidmətlərinin davamlılığını təmin etmək üçün trafik dərhal digər “backbone” operatorlara - “Azertelecom” və “Aztelecom” şəbəkələrinə yönləndirilib. Bununla yanaşı, yaranan problemin Rusiyadan qaynaqlana biləcəyi ehtimalı da irəli sürülüb. Son hadisə kiberhücumların dövlətlərarası münasibətlərdə təzyiq alətinə çevrildiyini göstərir.

Baş verənlər bir daha ölkənin “rəqəmsal suverenliyi” məsələsini gündəmə gətirdi.

Bəs bu, sadəcə texniki nasazlıq idi, yoxsa məqsədli kiberhücum? Trafikin digər provayderlərə yönləndirilməsi internet təhlükəsizliyi baxımından yetərlidirmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a danışan  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri  Elvin Abbasov bildirib ki, bu, məqsədli şəkildə xaricdən həyata keçirilən mütəşəkkil kiberhücumdur: “Bu hücumun arxasında böyük maliyyə dəstəyi olan xarici mənşəli bir neçə kiberqrup dayanır. Azərbaycanda hazırda bir neçə “backbone” mövcuddur. Bunlardan biri “Baktelecom”, digəri “Azeronline”, eləcə də “Aztelekom”un yeni çəkdiyi xəttdir. Bundan başqa, Azərbaycan yaxın vaxtlarda yeni transmilli xətt də çəkəcək. Ona görə də ölkədə internetin tamamilə kəsilməsi mümkün deyil”. 

Elvin Abbasov qeyd edib ki, Azərbaycanda internetin tamamilə dayandırılması mövzusu artıq aktual deyil: “Belə bir halın baş verməsi mümkün deyil. Bu, əvvəlki dövr idi ki, bir xətt vardı. Bütün yük həmin xəttin üzərində idi və o xətdə problem yarananda internet tamamilə sıradan çıxırdı. İndi isə vəziyyət dəyişib. Problem olanda, maksimum 5 dəqiqə ərzində trafik digər xəttə yönləndirilir, yəni bunlar yetərlidir. Hazırda Azərbaycanda alternativ “backbone” provayderləri var. Bu səbəbdən internetin tamamilə dayandırılması nəinki Azərbaycanda, ümumiyyətlə, heç bir ölkədə aktual deyil. Belə bir məsələ artıq gündəmdən çıxıb”. 
Əfsanə Rəcəb

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri