Icma.az
close
up
RU
Azərbaycanda internet xidmətləri: əlçatanlıq nə dərəcədə təmin olunur?

Azərbaycanda internet xidmətləri: əlçatanlıq nə dərəcədə təmin olunur?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanda rəqəmsal inkişaf son illərdə prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, internetə real əlçatanlıq məsələsi hələ də mübahisəli olaraq qalır. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün dediyi kimi, məsələ təkcə texnoloji infrastrukturla məhdudlaşmır.

BMT və Dünya Bankı kimi beynəlxalq qurumların prinsiplərinə görə, internetə əlçatanlıq anlayışı daha geniş məzmun daşıyır. Belə ki, bu, təkcə fiber-optik xətlərin mövcudluğu deyil, həm də əlverişli tarif seçimləri, xidmətlərin şəffaflığı və istifadəçinin təhlükəsizliyini əhatə edir. Hətta BMT son illərdə internetə çıxışı insanların əsas fundamental hüquqlarından biri kimi qiymətləndirir.

Bununla belə, ölkəmizdə internetin sürəti və keyfiyyəti ilə bağlı problemlər davam edir. Xüsusilə regionlarda yaşayanlar tez-tez aşağı sürət, qeyri-sabit bağlantı, kəsintilər və məhdud tarif seçimlərindən şikayət edir. Bəzi hallarda texniki olaraq internet mövcud olsa da, yüksək qiymətlər əlçatanlığı məhdudlaşdırır.

Maraqlıdır, Azərbaycanda keyfiyyətli internetə əlçatanlıq nə dərəcədə təmin edilib? Mövcud boşluqların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Bakupost.az -a bildirdi ki, son 2-3 ildə regionlarda vəziyyət ciddi şəkildə dəyişib. Onun sözlərinə görə, əvvəllər əsas problem köhnə texnologiyalardan istifadə idisə, son illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyəti nəticəsində demək olar ki, bütün yaşayış məntəqələri genişzolaqlı internetlə əhatə olunub:

“Əvvəllər dağlıq ərazilərdə də problem qalırdı. Artıq həmin yerlərdə simsiz internet mobil rabitə üzərindən təmin edilir. Yəni vəziyyət ümumilikdə dəyişib. Amma bu o demək deyil ki, biz keyfiyyətdən tam razıyıq.

Bildiyiniz kimi, Azərbaycanda son dövrlərdə minimal internet sürəti kimi 100 Mbit/s göstəricisi tövsiyə olunur və bu istiqamətdə provayderlərin həmin sürətə keçməsi təmin edilməyə çalışılır. Lakin bu hələ də tam şəkildə həyata keçirilmir”.

Ekspertin fikrincə, problemin əsas səbəblərindən biri provayderlərin texniki imkanları ilə bağlıdır:

“Bəzi provayderlər hələ də köhnə nəsil avadanlıqlardan istifadə edirlər və ya yeni avadanlıq alarkən qənaət məqsədilə tam gücü təmin etməyən texniki vasitələrə üstünlük verirlər. Bu problem həm regionlarda, həm də Bakıda müşahidə olunur.

Müqayisə üçün qeyd edək ki, Qərbi Avropa ölkələrində artıq gigabit səviyyəsində internet sürətindən danışmaq mümkündür. Bu baxımdan Azərbaycanda hələ də müəyyən boşluqlar mövcuddur. Hətta bəzi iri provayderlərdə belə köhnə avadanlıqların qalması səbəbindən problemlər davam edir və bu da istifadəçilərin narazılığına səbəb olur”.

F.Kazımov əlavə etdi ki, internetin sürəti yalnız provayderdən asılı deyil. Mənzillər daxilində də bir sıra amillər keyfiyyətə təsir göstərir:

“Araşdırmalar göstərir ki, Azərbaycanda mənzillərdə internet sürətinə təsir edən subyektiv faktorlar da mövcuddur.

Birinci səbəb istifadə olunan modemlərin köhnə olmasıdır. Bir çox insanlar 10-15 il əvvəl aldıqları modemlərdən hələ də istifadə edirlər və bu cihazlar müasir sürətləri dəstəkləmir. Bu səbəbdən yeni nəsil modemlərin alınması vacibdir.

İkinci məsələ tikinti materialları ilə bağlıdır. Azərbaycanda binalar əsasən beton və ya daş materiallardan tikilir. Divarların qalın və sıx olması radiodalğaların ötürülməsinə mane olur və bu da internet sürətinə birbaşa təsir göstərir. Məsələn, bəzi xarici ölkələrdə tikintidə daha keçirici materiallardan istifadə olunur və bu səbəbdən belə problemlər daha az müşahidə edilir. Bu baxımdan Azərbaycanda tikinti xüsusiyyətləri də internet keyfiyyətinə mənfi təsir edən amillərdən biridir”.


Onun sözlərinə görə, evdə 6-cı nəsil modem quraşdırılsa belə, siqnal zəifdirsə, əlavə texniki həllərdən istifadə etmək mümkündür:

“Bunun üçün siqnal gücləndiricilərdən istifadə tövsiyə olunur. Bu cihazlar siqnalın əhatə dairəsini genişləndirir və müəyyən mənada ev daxilində internet keyfiyyətini yaxşılaşdırır.

Qeyd etdiyim kimi, bəzi provayderlərdə texniki avadanlıqların yenilənməsi zəruridir. Konkret ad çəkmək istəməzdim, amma bazarda hamının tanıdığı iri provayderlərdən birinin avadanlıqları maksimum 100 Mbit/s internet sürətini təmin edə bilir. Bu isə artıq müasir tələblər baxımından kifayət etmir. Çünki texnologiya sürətlə inkişaf edir və tələbat artır. Üstəlik, maksimal sürət 100 Mbit/s olduqda, real istifadə zamanı bu göstərici daha da aşağı düşür. Bu baxımdan həmin avadanlıqların yenilənməsi vacibdir və bu istiqamətdə konkret addımlar atılmalıdır”.

F.Kazımov vurğuladı ki, nəzarət mexanizmləri gücləndirilməlidir:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən İKT Agentliyinin bu sahədə nəzarəti daha da sərtləşdirilməlidir. Çünki provayderlər bəzi hallarda tələb olunan sürəti təmin etdiklərini bildirsələr də, real vəziyyət fərqli olur. Əgər istifadə olunan avadanlıqlar standartlara cavab vermirsə, bu, artıq ciddi problemdir. Bu səbəbdən texniki standartlara uyğunluğa nəzarət gücləndirilməlidir. Əgər bu nəzarət effektiv şəkildə həyata keçirilsə, provayderlər məcbur qalaraq avadanlıqlarını yeniləyəcək və xidmət keyfiyyətini artıracaqlar. Ümid etmək olar ki, yaxın gələcəkdə bu istiqamətdə işlər daha da intensivləşdiriləcək və İKT Agentliyi məsələni daha ciddi şəkildə nəzarətə götürəcək”.


Ekspert qeyd etdi ki, digər mühüm məsələ isə istehlakçı hüquqları ilə bağlıdır:

“Əgər provayder 100 Mbit/s sürət vəd edirsə, normativlərə uyğun olaraq istifadəçiyə ən azı təxminən 70–80 Mbit/s sürət təqdim olunmalıdır. Əgər modem, və ya tikinti amilləri təsir etmədiyi halda sürət bundan aşağıdırsa, bu artıq xidmət keyfiyyətinin pozulması deməkdir.

Belə hallarda istifadəçilər İKT Agentliyinin rəsmi internet saytında yerləşən elektron şikayət bölməsi vasitəsilə müraciət edə bilərlər. Sadəcə “internet zəifdir” deməklə kifayətlənmək düzgün yanaşma deyil. Problemi rəsmi qaydada bildirmək və həllini tələb etmək lazımdır”.

Lalə, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 May 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri