Azərbaycanda iş yerində xəsarət alanların sayı rekord səviyyəyə yüksəlib
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Son 20 ildə – 2005-2024-cü illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin və ölənlərin sayı 4 dəfə artıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, istehsalatda əmək qabiliyyətini itirənlərin və ölənlərin sayı 2005-ci ildə 189 nəfər olduğu halda, 2024-cü ildə 747 nəfərə yüksəlib.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölənlərin sayı ötən il 88 nəfər olub.
Onu da bildirək ki, ölüm halları ən çox tikintidə qeydə alınıb. İl ərzində baş verən ölümlərin 28,4%-i, yəni 25 nəfəri tikinti sahəsində baş verən bədbəxt hadisələr zamanı qeydə alınıb.
Bunlardan başqa, il ərzində nəqliyyat və anbar təsərrüfatında 20, emal sənayesində 6, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 8, mədənçıxarma sənayesində 2, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 1, informasiya və rabitə sektorunda 1, digər iqtisadi fəaliyyət növlərində isə 22 nəfər bədbəxt hadisə nəticəsində ölüb.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Azərbaycanda GESlərdən əldə olunan elektrik enerjisi rekord səviyyəyə yüksəlib
20 Noyabr 2024 10:18
Azərbaycanda qara görə xəsarət alanların sayı 165 ə yüksəldi
22 Fevral 2025 16:40
Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord səviyyəyə çatıb
24 Noyabr 2025 16:25
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb
30 Yanvar 2025 11:30
Böyük Britaniyanın FTSE 100 indeksi rekord səviyyəyə yüksəlib
17 Yanvar 2025 14:10
Baxış sayı:38
Bu xəbər 10 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















