Xərçəngə qarşı yeni dərman təsdiqləndi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı (Aİ) Komissiyası bədənin müxtəlif hissələrinə yayılmış (metastatik) mədəaltı vəzi xərçənginin müalicəsində istifadə olunacaq “Daraxonrasib” adlı yeni dərmana rəsmi marketinq icazəsi verib.
“Qafqazinfo” xəbər verir ki, rəsmi açıqlamaya görə, yeni preparat əvvəllər ən azı bir mərhələ müalicə almış yetkin xəstələrin müalicəsində tətbiq oluna biləcək.
Dərman Aİ-nin səhiyyə islahatında nəzərdə tutulan sürətləndirilmiş qiymətləndirmə prosesindən keçib. Qurum bu proses zamanı təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarından əsla güzəştə gedilmədiyini vurğulayıb.
Avropa Dərman Agentliyi (EMA) mərhələli araşdırma çərçivəsində preparatın müsbət elmi qiymətləndirməsini qısa müddətdə başa çatdırıb. Xərçəng əleyhinə dərmanlara yüksək prioritet verən EMA bu addımın qarşılanmamış tibbi ehtiyacların ödənilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Məlumata əsasən, dərmanın klinik faydalarının birgə qiymətləndirilməsi hələ də davam edir. Aİ ölkələrində xəstələrin bu müalicəyə çıxışını sürətləndirmək məqsədilə yekun qiymətləndirmə hesabatının cari ilin dekabr ayında hazırlanması istiqamətində işlər sürətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 18 Noyabr 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















